“Hakimiyyət Qarabağ siyasəti ilə öyünməməlidir”

hacı tahir abbasTahir Abbaslı:
“Müxalifət onun ən adi hüquqlarını tanımayan, fikrini ifadə etmək üçün meydan verməyən iqtidarı dəstəkləməyə borclu deyil”

Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun müxalifətin ünvanına səsləndirdiyi “Qarabağ məsələsində onlar iqtidara dəstək verməyə məcburdurlar. Çünki əks təqdirdə, olub-qalan bütün simalarını da itirə bilərlər və Azərbaycan xalqının içərisinə çıxmağa heç bir üzləri qalmaz”, həmçinin “müxalifət təkcə Dağlıq Qarabağ məsələsində iqtidarın yürütdüyü mövqeyi dəstəkləməsin, Azərbaycan xalqının maraqları üzərində qurulmuş digər məsələləri də dəstəkləsin. Azərbaycanın maraqları beynəlxalq aləmdə tapdananda, o cümlədən böyük dövlətlər, ABŞ, Qərbin aparıcı təşkilatları, təhlükəsizlik maraqlarını tapdayanda, buna qarşı ictimai müqavimət lazım olanda qoy onlar dəstəkləsinlər” kimi fikirlər islamçı demokratların narazılığına səbəb olub.
“Biz hakimiyyətin Qarabağ siyasətini dəstəkləməyə məcbur deyilik” deyən AİDP sədri hacı Tahir Abbaslı hesb edir ki, hakimiyyət Qarabağ siyasəti ilə öyünməməlidir: “Çünki ciddi nəticəyə nail olunmayıb. Əksinə ciddi səhvlər buraxılıb. Qarabağın işğaldan azad olunmasına dair ən ciddi qətnamələr belə bu hakimiyətin dövründə qəbul olunmayıb”.
AİDP sədri hesab edir ki, müxalifətin Qarabağ probleminin həllindəki həmrəyliyi daha çox xalqın maraqlarına xidmət edir: “O ki qaldı müxalifətin böyük dövlətlərin təzyiqi qarşısında iqtidarı müdafiə etməsinə, məncə Qərb dövlətləri bu iqtidarı daha çox insan haqlarını pozduğuna görə sıxışdırır. Bu məsələdə müxalifət iqtidarı dəstəkləyə bilməz. Başqa təzyiq varsa desinlər bizdə bilək. Ola bilsin ki, müxalifət daxilində xarici güclərə işləyənlər var, biz bunu istisna etmirik. Amma iqtidar özü də bir sıra güclər qarşısınada dəfələrlə geri cəkilib. Bir sıra maraqlarımız qurban verilib”.
T.Abbaslı deyib ki, müxalifət onun ən adi hüquqlarını tanımayan, fikrini ifadə etmək üçün meydan verməyən iqtidarı dəstəkləməyə borclu deyil.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button