“Respublika” qəzeti sıxışdırılır

Teymur Əhmədov

Baş redaktor Teymur Əhmədovun istefa verməməsi Ramiz Mehdiyevi qəzəbləndirib

Nazirlər Kabinetinin orqanı olan “Respublika” qəzetinə qarşı kampaniya başlayıb. Qəzetin baş redaktoru Teymur Əhmədovun istefaya getməməsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzəbinə səbəb olub. Bu barədə redaksiyamıza məlumat verən mənbələrin bildirdiyinə görə, R.Mehdiyev PA-nın ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovun vasitəsilə T.Əhmədovun öz ərizəsi ilə istefa verməsini tələb edib. Baş redaktor isə istefa verməkdən imtina edib. Bundan sonra “Respublika” qəzetinə qarşı təzyiqlər başlayıb. İlk növbədə dövlət müəssisələrinə “Respublika” qəzetinə abunə yazılmaq qadağan edilib. Etibarlı mənbənin bildirdiyinə görə, qəzetin abunəsi 15 mindən 6 minə düşüb. Digər tərəfdən, dövlət müəssisələrinə, rayon icra hakimiyyətlərinə “Respublika” qəzetinin əməkdaşlarına yardım edilməməsi göstərişi verilib.

Fəqan

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button