“Sarı gəlin” romanının Gəncədə təqdimatı oldu

Əli Əkbər bölgələrdə oxucularla  görüşə start verdi

Yazıçı Əli Əkbərin Gəncə şəhərində oxucularla görüşü keçirilib.Kamil Vətəndaş Cəmiyyətinin təşkilatçılığı baş tutan görüşdə  yazıçı “Sarı gəlin” romanını Gəncə oxucularına  təqdim edib. Əsasən gənclərin iştirak etdiyi mərasimdə Əli Əkbər yeni romanı haqda ətraflı məlumat verib. Yazıcı gənclərin suallarını cavablandırıb. Tədbirin sonunda kitab imzalama mərasimi keçirilib. Gəncli oxucular  “Sarı qəlin” romanı ilə yanaşı “93- Tanrıların qürubu” romanına da maraq göstərib.  Əli Əkbərin müxbirimizə verdiyi məlumata görə, əyalətlərdə oxucularla görüşləri davamlı olacaq: “Romanımın növbəti təqdimatının  Mingəçevir şəhərində keçirilməsi nəzərdə tutulub”.

Sonda qeyd edək ki,  oxucular Gəncə şəhərində Əli Əkbərin romanlarını Kamil Vətəndaş Cəmiyyətinin M.Qaşqay küç., 10 ünvanında yerləşən ofisindən əldə edə bilərlər

Əfqan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button