“Vicdan məhbusları”ndan biri vaxtından əvvəl şərti azadlığa buraxılıb

22.02.2012

2 aprel 2011-ci il mitinqi ilə bağlı məhkum olunmuşlardan biri, Müsavat Partiyasının üzvü Elşən Həsənov bu gün vaxtından əvvəl şərti azadlığa buraxılıb. Bu barədə Turan-a Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı bildirib.

E.Həsənov ictimai asayişin pozulmasında ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan Apellyasiya Məhkəməsi bu müddəti 1 ilədək azaldıb.

Hüquq müdafiəçisi Eynulla Fətullayev bildirib ki, E.Həsənov hepatit C-dən əziyyət çəkib. Onun azadlığa çıxmasına bir aydan bir qədər çox vaxt qalırdı.

Bununla yanaşı hüquq müdafiəçisi bunu alqışlayıb və ümidvar olduğunu bildirib ki, 2 aprel mitinqi ilə əlaqədar məhkum edilənlər və digər siyasi məhbuslar tezliklə azadlığa buraxılacaq.

TURAN

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button