“Xərçəng”in caynağından necə qurtulmaq olar? – Resept

Bu dəhşətli xəstəlikdən qorunmada qidalanma və düzgün rejimli həyat tərzi əsas sayılır...

Xərçəngə qarşı necə qidalanmalı, onun qarşısını necə almalı və müalicə müddətində nələrə diqqət etməli?

C vitamini ağız boşluğu, yemək borusu və mədə xərçənginə qarşı qoruyucu vasitədir. Ona görə də bu vitaminlə zəngin olan meyvə-tərəvəz yemək məsləhətdir. Təzə portağalın özü də, suyu da bu mənada dərmandır. Beta-karoten mənbəyi olan kök, boranı, təzə kartof və ispanaq kimi məhsullar da bu xəstəliyin düşmənidir.
Lakin beta-karoteni də həddindən artıq qəbul etmək olmaz, ağciyər xərçənginə səbəb ola bilər. Quru acı bibərin isə bəzi növləri xərçəng xəstəliyi əmələ gətirir. Acı bibər orqanizmin immunitet sistemini gücləndirsə də, tərkibində aflatoksin maddəsi olduğundan bu maddə qaraciyər xərçənginə səbəb olur. Bitkilərin quruluşunda olan bəzi kimyəvi birləşmələr bitkiləri bakteriyalar, viruslar və göbələkdən qoruyur. Yüksək fitokimyəvi maddələr olan soya qabıqları, armud, kərəviz, zeytun, mərci, sarımsaq, yaşıl çay da xeyirlidir. Siqaret, qırmızı ətdən çox istifadə etmək, köklük xərçəngin meydana gəlməsi üçün əlverişli mənbələrdir. Virus və bakteriyalar, ətrafdakı kimyəvi maddələr, hərəkətsizlik, immun çatışmazlığı, radiasiyaya məruz qalmaq xərçəngə şərait yaradır.
Tərkibində Omeqa-3 yağ turşuları olan qidalar, dəniz məhsulları da prostat xərçənginin qarşısını alır. Sarımsaq özü çox faydalıdır, orqanizmi infeksiyalardan, mədə, bağırsaq, yemək borusu və ağciyər xərçəngindən qoruyur.
Çalışın gurultulu musiqilərdən uzaq olun. Araşdırmalar belə musiqilərin də xərçəngə yol açdığını göstərir. Klassik musiqiyə üstünlük verin.

Nuri Arif

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button