“Xural”dan 150.000 manat tələb edilir!

Adam Tlexuray

Adam Tlexurayın “Xırdalan Pivə”si ilə bu gün məhkəməmizdir…

 “Baltika-Bakı” MMC-nin baş rirektoru Tlexuray Adam Ayuibobiç “Xural” qəzetini məhkəməyə verib. Nərimanov rayon məhkəməsinin icraatında olan mülki iddiaya səbəb “Xural” qəzetinin müxtəlif tarixli saylarında “Baltika-Bakı” MMC haqqında dərc olunmuş məqalələrdir.

“Xural” qəzetinin 029 (437) saylı 31 iyul-6 avqust, 030 (438) saylı, 07-13 avqust tarixli saylarında dərc olunmuş yazılar Adam Tlexurayın xoşuna gəlməyib.

İddiaçı həmçinin “Xural” qəzetinin 032 (440) saylı, 21-27 avqust sayında dərc olunmuş məqalədəki (yenə də iddiada məqalənin adı göstərilməyib) “Adam Tlexuray isə Azərbaycan” mətbuatını saymır. Bu, cənab direktorun öz işidir, ancaq biz də peşə borcumuzu həyata keçiririk” cümləsini də iddiaya daxil edib.

Bu əsassız iddialarla çıxış edən Tlexutay məhkəmədən “Xural” qəzetinin təkzib verməsini, habelə qəzetin 150 min manat cərimələnməsini xahiş edib.

İddia ərizəsi ilə bağlı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının münasibətini öyrəndik. İddianı əsassız və absurd hesab etdiyini deyən Baş redaktor vurğuladı ki, məhkəmə çəkişməsi zamanı əllərində olan faktları təqdim edəcəklər: “Əlimizdə olan videomateriallar və fotolar yazdıqlarımızın həqiqət olduğunu sübut etməyə kifayətdir. Bundan başqa, biz yazdığımız bütün yazılarda qarşı tərəfin mövqeyini öyrənmiş və dərc etmişik” – deyə baş redaktor vurğulayıb.

Qeyd edək ki, “Xural”ın Adam Tlexurayla çəkişməsi qəzetimizə xüsusi aqressiv münasibəti ilə yadda qalan Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın icraatındadır. Ə.Zeynallı qeyd etdi ki, ilk işləri ədalətsiz və qərəzli olan bu hakimə etiraz etmək olacaq.

Məhkəmə bu gün saat 10.30-da Nərimanov Rayon Məhkəməsinin binasında keçiriləcək.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button