«Əbülfəz Elçibəyin qidasına nəsə qatılması müəmmalıdır»

Pərviz Səmədbəyli: «Türkiyə Dövlətinin ona göndərdiyi sputnik telefonun konfransı mənim evimdə olub»

Bu günlərdə mətbuatda mərhum prezident, Türk dünyasının böyük oğlu Əbülfəz Elçibəyin dünyasını dəyişməsi ilə bağlı müəyyən fikirlər səsləndirildi.

Bu açıqlamalar mətbuatda geniş müzakirələrə səbəb oldu. Bundan sonra isə müzakirələr qapandı. Məhz bu müzakirələr açılan zaman bəzi adamlar tapıldı ki, Elçibəylə bağlı, onun vəfatı ilə bağlı olaraq bir-birinə zidd açıqlamalar verməyə başladılar.

Mərhum prezidentə yaxınlığı ilə seçilən və Türkiyədə təhsil almış Pərviz Səmədbəyli dünən müxbirimizlə söhbətində maraqlı bir açıqlama verib.

Həmsöhbətisiz bildirdi ki, Əbülfəz Elçibəy hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Kələkidə olduğu müddətdə onun Türkiyə Cumhuriyyəti ilə əlaqələndiricilərindən biri, eləcə də dünya ilə əlaqəsinin çıxışını təmin edən şəxs olub. «Türkiyə Dövlətinin ona göndərdiyi sputnik telefonun konfransı mənim evimdə olub. Bu müddət ərzində Əbülfəz Elçibəyin istədiyi şəxslərlə telefon danışıqlarını təmin etmişəm. Bunun Müsavat partiyasının sədri hörmətli İsa Qənbər, AXCP sədri hörmətli Əli Kərimov, KXCP sədri hörmətli Mirmahmud Mirəlioğlu və Elçibəyin köməkçisi hörmətli Oqtay Qasımmov da təstiq edə bilər» deyə həmsöhbətimiz bildirdi.

«Əbülfəz Elçibəyin sağlamlıq vəziyyəti ilə bağlı məlumatlı olan bir şəxs kimi mətbuatda gedən yazıları izləyir və özlüyümdə analiz edirəm. Həqiqətə söykənən və həqiqətə söykənməyən bəzi fikirlər səsləndirilir. Bəli, onun sağlamlıq durumunda bəzi problemlərin baş qaldırmasından xəbərim var idi. Hələ onda heç bir qohumluq əlaqəmiz yox idi. Kələkinin hava söyuqluğunun, onun sağlamlıq durumuna təsir etməsindən xəbərim var idi» deyə həmsöhbətimiz əlavə etdi.

«Türkiyə Cumhuriyyəti və Dünya İctimaiyyəti Əbülfəz Elçibəyin Kələki kəndində məcburiyyət altında saxlanılmasından narahat idi. Onların Elçibəylə bağlı Azərbaycan Dövlət rəhbərliyinə müraciət və təkidli tələbləri nəticəsində Ə.Elçibəyin Bakıya qayıtmasına gec də olsa müəyyən tələblər əsasında razılıq verilmişdi.

Əbülfəz Elçibəyin Bakıya qayıtması xəbərindən Türkiyədə ilk məlumatlı olan mən idim. İlk məlumatı da Bakıya mən vermişdim. Hörmətli Tofiq Seyidova zəng edib dedim ki, “Çamadan doludur, qara maşın hazır olsun» «deyə həmsöhbətimiz bildirdi.

Pərviz Səmədbəyli deyir ki, sabahısı Əbülfəz Elçibəy Bakıya döndü. Onun xaricə çıxışına əngəl olunmamalıydı. Ancaq hər kəs bilir ki, həmin dövrlərdə bir məsələ dünyanın düqqətini Azərbaycana cəlb edirdi. Belə ki, eks prezident Ə.Elçibəyin dərindən təhqiqat aparılmasını ürəkdən istəsə də, hakimiyyət geriyə addım atmaq məcburiyyətində qaldı. (Baxın, Azadlıq, 8 iyun, 1999, səh 6.) AXCP sədri, eks prezident iddialarını faktlarla sübut edəcəyini dedi, konkret adlar çəkdi. Beləcə, “Elçibəyin qələbəsi ilə nəticələnən təhqiqat” onun can sağlığı bahasına başa gəldi.

Hesab edirəm ki, onun buradan gedişi zamanı yaşananları yaxşı xatırlayırsınız.

Artıq Ankara xəstəxanasının müdiri hörmətli Mühiddin Çətinlə mütəmadi əlaqə saxlayırdım. Gecikdirilməsə, çox kişidə olub keçən bir xəstəlik olduğunu, ancaq analizlərin onun ən azı 5 ildən çox yaşayacağının dəlilidir dedi. Mühiddin bəy də vəziyyətin belə olmasına, Elçibəyin gecikdirilməsinə üzülsə də, onun ən pis halda 5il yaşayacağına sevinmişdi. Dedi ki, özünü gözləsə daha çox yaşayacaq. Ancaq 2-ci dəfə Xəstəxanaya gətiriləndə O, şok olmuşdu. Dedi ki, Elçibəyə yeməklərin tərkibində məsləhət bilinməyən, həkimlərin istəmədiyi tərzdə qida verildiyini düşünürəm. Mühiddin Çətinlə neçə illər idi ki, dostluq əlaqəmiz var idi. Onu da bilirəm ki, birdən-birə belə dəyişiklikdən çox şübhəliydi.

Daha sonra həmsöhbətimiz çox maraqlı bir məqama da toxundu: «Hesab edirəm ki, Ə.Elçibəyin ölməsində xarici qüvvələrin günahlandırılması əbəsdir. Vaxtında müalicəsinə əngəl törədən hakimiyyətdir, qidasına nəsə qatılması isə müəmmalıdıdır. Bu günlərdə eyni aqibəti, hal-hazırda həbsdə olan və olmayan bəzi şəxslərin də yaşayacağına şübhəm yoxdur» deyə P.Səmədbəyli əlavə etdi.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button