«Avroviziya» üçün 2.5 milyard manatlıq talan!

Ziya Məmmədov «Bayraq meydanı»na qızıldan yol çəkir?

 Neft Fondundan «Avroviziya»ya fasad bəzəmə üçün 2.5 milyard ayrıldı

 Səbail rayonunun Bayıl qəsəbəsindən «Dövlət Bayrağı meydanı»na qədər yol dövlət büdcəsinə 65 milyon manata başa gələcək. Orada piyada keçidləri ilə yanaşı barelyeflər, yol qovşaqları və “Avroviziya-2012” müsabiqəsinin qonaqları üçün maraqlı qəribəliklərin inşa ediləcəyi planlaşdırılır. Yenə də qonaqların «normal qarşılanması», paytaxtdakı evlərin fasadlarının təmizlənməsi və küçələrdə gecə işıqlandırılmasını təmin etmək üçün 198,19 milyon manat pul ayrılıb. Bu pullara ehtiyacı olan on minlərlə ailəni evlə təmin etmək olar. AR Nazirlər Kabinetinin 156S nömrəli qərarında deyilir ki, iyulun əvvəlindən dekabrın sonuna qədər 2 milyard 484,12 milyonluq investisiya layihəsi həyata keçirilməlidir. Əgər xatırlayırsınızsa, bu, ölkə prezidentinin Dövlət Neft Fondundan ayırdığı əlavə pulların böyük hissəsidir (91,2 faiz).

«Qızıl məcməyidə yem» axtarışında olanların siyahısı kifayət qədər böyükdür. Ona görə onun ən maraqlı hissələrini misal gətiririk.

Həyata keçirilmənin (daha dəqiq, silinmənin) 366,44 milyonu Nəqliyyat Nazirliyinə, 180 milyonu Mədəniyyət Nazirliyinə, 70 milyonu Müdafiə Nazirliyinə, 65 milyonu Təhsil Nazirliyinə, 190 milyonu Dövlət Neft Şirkətinə, 248,23 milyonu Bakı şəhər İcra Hakimiyyətinə aiddir.

 

Qəbələyə 35, Gəncəyə 4, Sumqayıta 2 milyon manat!

 

Bundan başqa, azot gübrəsi zavodunun tikintisinə 40 mln manat ayrılıb, hərçənd əvvəl deyilirdi ki, onu özəl investorlar maliyyələşdirəcək. Qəbələ İcra Hakimiyyətinə 35 milyon manat ayrılıb. Müqayisə üçün deyək ki, Gəncə şəhərinə 4 milyon, Sumqayıta 2 milyon manat vəsait ayrılıb.

Yay-qış idman kompleksinin tikintisinin davamına daha 163 milyon manat ayrılıb. Bu, prezidentin sevimli layihəsini çox bahalı edib – 2007-ci ildən onun tikintisinə yarım milyard büdcə vəsaiti ayrılıb. Mütəxəssislərin fikrincə, obyektin tikintisi üçün xərclər 1 milyardı keçəcək. Müqayisə üçün deyək ki, Rusiyada Soçi olimpiadası üçün bütün obyektlərin tikintisinə korrupsiya ünsürü də daxil olmaqla 100 milyard rubl (3 mlrd manat) yönəldilib.

Kənd yollarına (çınqıl, qırma daş) 100 milyon manat, Bakı kəndlərinin inkişafına 150 milyon manat ayrılıb. Prezident İlham Əliyev 2011-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib. Orada büdcə kəsirinin 387 milyon manata kimi (ÜDM-in 0,9 faizi) azaldılması nəzərdə tutulur. Düzəlişə əsasən, büdcənin gəlirləri 3 milyard 493,2 milyon manat və ya 29 faiz artırılaraq 15 mlrd 554,2 milyon manata, xərcləri 3 milyard 193,2 milyon manat və ya 25 faiz artırılaraq 15 milyard 941,2 milyon manata çatdırılıb.

Əlavə büdcə gəlirlərinin strukturunda 740 milyon manatı Vergilər Nazirliyi, 20 milyonu DGK, 10 milyon manatı başqa xərclər təmin etməlidir. ARDNŞ-dən büdcəyə transferlər 2 milyard 723,2 milyon manat artırılmalıdır.

Əlavə xərclərdən 698 milyon manat əhalinin sosial müdafiəsi tədbirlərinə, o cümlədən 462,7 milyon manat pensiya sistemində islahatlara yönəldiləcək.

Bütün bu rəqəmlər bir daha onu göstərir ki, Azərbaycanın dövlət büdcəsindən talan edilmələr davam etməkdədir. Xüsusilə də heç bir iqtisadi əsası olmayan, heç bir inkişafa xidmət edəcək investitsiya yönəldilmələri talan formasında həyata keçirilir.

Maraqlıdır ki, biz bu rəqəmlərin incələnməsində bir daha iri çinli məmurların daha çox pul qazanmaq ehtiraslarını müşahidə edirik. Məsələ burasındadır ki, hazırda infrastruktur layihələri ilə bağlı böyük talanlar ortaya çıxmaqdadır.

Məsələn, dünən məlumat aldıq ki, Bakının mərkəzində inşa edilməsi planlaşdırılan «Qış bulvarı» üçün dövlət büdcəsindən ilkin olaraq 370 milyon manat vəsait ayrılıb. Sonradan isə guya mülkiyyət sahiblərinə verilən konpensasiyaların həcmi artırılmaqla demək olar ki, məbləğ daha 127.4 milyon manata qədər artırılıb. Hələlik isə «Qış bulvar»ında sadəcə bəzi bünövrə işləri həyata keçirilir. Kim bilir, bu projenin həyata keçirilməsi üçün daha nə qədər 100 milyonlarla manatlar talan ediləcək?

Azərbaycanda isə əhalinin sosial durumunun yaxşılaşdırılmasına yönəlik heç bir addım atılmayıb. Hətta ən son məlumatlara əsasən, sosial proqramların icrası ilə bağlı proqnozlaşdırılan ayırmaların da böyük bir qismi «Avroviziya» yarışması üçün infrastrukturun formalaşmasına yönəldilib.

Belə görünür ki, bu ilin sonunda dövlət büdcəmizin hər il xərclər bölümündə qalan kəsir hissəsi olmayacaq. Əksinə, ilin sonuna qədər «Avroviziya» yarışmaları üçün büdcəmiz Neft Fonduna borclu da qalacaq.

 İqtisadiyyat şöbəsi

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. bakini bir teher özlerinin artiq -urtuguyla bezeye , milleti acdiqlari ingilis dili kurslarinda ingilis dili öyretdikleri ushaqlarin dalinda gizlede bilerler. maraqlidi acindan avropaya qacib avropalilarin evinde süpürgecilik,baglarinda bagbanliq eden milleti harda gizledeceksiz ?????

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button