«Bu alçaqlar niyə belə elədilər?»

Əvəz Zeynallı

«Ağzında alçaq deyirsən!»

Bu, mənim taleyimdir. Hər işə başlayanda belə ediblər. Biz bayramlara-seyranlara hazırlaşanda, hər zaman bunların qara-qura qurumundan ağzı qıfıllı məktublar almışıq. Biz ayaq açıb yerimək istəyəndə, bunlar hər zaman qarşımıza çıxıblar. Hakimiyyətin kölələşdirib mətbu cəhətdən axtaladığı və Mətbuat Şurası adlı bir şeytan yuvasına topladığı zatıbütünləri («qırıq» desəm, peşə etikasına pozmuş olaram) deyirəm. Onların bir qara bulud olduqlarını və azad ruhlu yazarların və qəzetlərin başlarının üzərində dolaşdıqlarını qurulduqları gündən bu yana deyirəm, yazıram. İndi də elə etdilər. 9 illik div «Xural»ın gündəliyə keçməsi bunların Boz Kardinallarının, Qaragilələrinin xoşuna gəlmədi. Bu ölkənin idarəsində yer alıb bu ölkəni xaraba günə qoyanlar, bu ölkənin xaraba günə qoyulduğunu göstərən güzgüləri sındırmaqla məşğuldurlar. Harada bir dana var, tapıb gətirib bizim başımıza keçiriblər. Harada bir qəssab anlayışı ilə yaşayan nadürüst var, bizə hökm edir…

Biz buna qarşı çıxırıq. Bizə heç kimin hökm edə bilməyəcəyini hayqırırıq. Biz mətbuatın azad və asılı olmadığını, heç kimin bizim sahəmizə müdaxilə edə bilməyəcəyini, həqiqətən 4-cü hakimiyyət olduğumuzu bəyan edirik. Amma artıq hökumətin əlində əsir-yesir olan, ən mədəni dillə ifadə etsək, qullaşan bu sürü əksini edir. Olan güclərini işə salıb müstəqil mətbuatı susdurur, əllərindən gələni edir ki, ölkədə hamı bunların gününə düşsün.

Aylar bundan əvvəl «Xural» qəzetinin gündəlik nəşrə keçməsi məsələsini müzakirə edərkən, qərara almışdıq ki, ilk sayımızdan etibarən bütün savaşlara son qoyuruq. Mənim belə adətim var. Məsələn, hər 30 İyunda bütün qovğalı, hətta məhkəmə çəkişməsində olduğum adamları belə tədbirimə dəvət edirəm və bundan xüsusi zövq alıram. Mən xaraktercə düşmənçiliyi sevən adam deyiləm və bunun üçün hər zaman da çalışmışam. Amma sən saydığını say, gör Azərbaycan mətbuatını idarə edənlər nə sayır? Onlar bizim gündəlik nəşrə başlamağımızı sindirə bilmədilər və «Xural»ı qurşaqdan aşağı vurdular. Bütün zamanlarda qurşaqdan aşağı mübarizə aparmadım və aparanları qəbul etmədim. Amma bunlar məni qurşaqdan aşağı vurdular və bu, onların həyat tərzidir. Olsun. Görünür, indən sonra biz də onların dilində danışmalı olacağıq – qurşaqdan aşağı. Və görünür, bütün qırmızı xətlər keçiləcək – ən azından mən bu adamların hamısının qırmızı xəttini keçəcəyəm…

Mətbuat Şurasının Şikayətlər Komissiyasında, Reket jurnalistikasına qarşı mübarizə (guya) komissiyasında və Mətbuat Şurasında «Xural» qəzetinə qarşı bu bədnam və şərəfsiz qərarın alınmasında iştirak edən bütün üzvlər şərəfsiz, alçaq, namussuz və tərbiyəsizdirlər! Onlar belədirlər və mən onların belə olduqlarını sübut edəcəyəm. Təbii ki, hər şeyin zamana ehtiyacı var! O ki qaldı reket olmaq məsələsinə, uşaqlıqda bir-birimizi qıcıqlandırmaq üçün söyüş söyəndə və axmaq söyüş söyəndə ürəyimizdən tikan çıxarmaq üçün «…dədəndir», «…anandır» deyirdik. Bizi uşaqlığımıza qaytaran Mətbuat Şurasının «Xural»ı reket hesab edən bütün üzvlərinin atasıdır, anasıdır, ölü və dirisidir, əb-əcdadlarıdır reket. Anlaşıldımı?

Düdüklər!..

Özləri bu millətin bütün dəyərlərinə üz çevrib evdəkilərinə hakim ola bilmirlər, məni ictimai rəydə gözdən salmaq istəyirlər. Bunların tirajı yox, qabiliyyəti yox, bacarığı yox, bunlar bükə bilmədikləri biləyi öpməkdənsə, qırmaq istəyirlər. Arxalarına da özləri kimi namərdləri alaraq…

İtlər və köpəklər!..

Bu günlərdə mənə bəlkə yüzlərlə zəng olub. Hamı bir şeyi soruşur: «Bunlar niyə belə alçaqlıq elədilər?!»

Hamıya da bircə cavab verirəm: «Ağzında alçaq deyirsən!»

Vəssalam. Bizim alçaqlar belə alçaqlardır. Tanrı bizə alçaqlarla sonuna qədər döyüş yazıb…

Tanrının döyüşü mübarək olsun!

“Xural” qəzeti,

il 9, sayı: 037 (445), 20 sentyabr 2011

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button