«Cuhud» Heydər Sabirabadda qan uddurur

Sabirabadda belə bir şəxs var – rayon İcra Hakimiyyəti başçısının Aqrar  məsələlər üzrə müavini Heydər Yaqubov. O, keçmiş “Aqroprom”dan tutmuş bugünkü İcra Hakimiyyətinədək «qan-tər» töküb. Rayonun «Ağ evi»ndə həm komunistlərə, həm cəbhəçilərə, həm də indiki hakimiyyətə işləyib, başqa sözlə desək, kinolardakı o «ağ qvardiyaçı» kimi… Görür düşmənlər gəlir, tez paqonunu qoparıb ki, desin mən sizdənəm, öz hissələri güc gələndə isə tez həmin paqonları yerinə qoymağa çalışıb. 90-cı illərin ortalarından Aqrar islahat bu «ağ qvardiyaçının» rəhbərliyi ilə həyata keçirilib. Onun yarıtmaz siyasəti nəticəsində bu gün də torpaq dedi-qodusu səngimək bilmir. Çünkü rayonda onun zəlil günə qoymadığı tək-tək adam tapılar.

Heydərin «pul almaq istədiyin adamdan yapışdınsa qopma» deyimi sabirabadlıların dillər əzbəridir. Elə bu keyfiyyətlərinə görə də ona el arasında «cuhud», yəni «qan soran» təxəllüsü verilib.

«Cuhud» Heydər bu gün daha püxtələşib. Son 5 ildə dövlətin kəndlilərə ayırdığı gübrələri, mazutları, taxıl pullarını «cuhud» üsulu ilə mənimsəyib. Örüş yerini də taxıl sahəsi kimi dövlətə sırıyıb. Keçən il fəlakətlə üzləşmiş insanlara əkin sahələrinə dəymiş ziyana görə ayrılmış torpaq pullarını da ustalıqla həzm-rabədən keçirib. «Yorulmaz fəaliyyəti» nəticəsində özü üçün hər şeyə də nail olub. Yaxşıca mal-dövlət sahibi olub: topdağıtmaz evi, Bakı şəhərinin müxtəlif yerlərində 3 mənzili, ən bahalı maşınları kənd camatının ah-naləsindən süzülüb gəlib. Mənzillərdən birini «qara polkovnik» Hacı Məmmədovun xeyir-duası ilə aldığı üçün yaxası bir müddət istintaq orqanlarının əlində qalıb, uzun  çək-çevirdən sonra «cuhud» üsuli ilə bu işdən də sivişib çıxıb.

Həm də başçıların kassiri rolunu oynayıb. Son 5 ildə rayonda sabiq başçı Heydər Abbasovu elə sehirləmişdi ki, onun adyutantı rolunu oynayırdı. Ancaq yazıq bu gün də bilmir ki, «cuhud Heydər» Heydərə necə «atıb». Zalım oğlu Başçının qılığına elə girmişdi ki, hər yerdə onu görürdü, onun istəklərinə cani-dildən əməl edirdi. İş o yerə gəlib çıxdı ki, başçının tapşırığı ilə Sabirabad bələdiyyəsinin 19 mart 2007-ci il tarixli qərarı ilə ona şəhərin mərkəzində 150 kv metrlik böyük bir ağaclıq sahəni mağaza tikmək üçün ayırdılar. Heydər 50-60 illik ağaclara divan tutmaq üçün yenə də «cuhud» üsuluna əl atdı. Ancaq gecə yarısı yaşlı ağacların kökünə neft və yandırıcı mayelər tökəndə yaxalandı. Yenə sağ olsun camaatı, onların təkidi ilə şəhər icra nümayəndəliyi naəlac qalıb ağacların torpağını dəyişməyə məcbur oldu.

Sabirabadlıları hiddətləndirən «cuhud»un başqa bir cəhəti isə evli qadına aşiq-məşuq olmasıdır. Uşaq baxçalarının birinin müdirəsi ilə hansı hoqqalardan çıxdığını rayonda bilməyən az adam tapılar. Bəziləri ona sataşmaq üçün baxçanın işığını kəsirlər, başqa biriləri suyunu, qazını vermirlər – onda «cuhudun» halına bir baxasan. Bir hay-həşir salır ki, gəl görəsən.

İndi «Cuhud» Heydər yenə də iş başındadır. Deyəsən, bu dəfə ağzı qayaya dirənib. Yeni icra başçısı qısa müddətdə Heydərin kağız üzərində mənimsədiyi  taxıl əkini kimi göstərilmiş 9 min hektar  örüş sahəsini «dövriyyədən» çıxarıb. Ancaq yenə də o, köhnə oyunlarından qalmır. Başçının işinə yaramaq üçün nə lazımdırsa edir, yəni artıq köhnə paqonunun yerinə yenisini yapışdırmaq istəyir.

Redaksiyadan:

Yazını redaksiyaya sabirabadlı bir Oxucumuz təqdim edib. Arzu edərsə, qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

  1. Sabirabad rayon icra Bawcisinin muavini Hesen Hesenov korrupsiyonerdi sakinlere zulum edir rayonda memur ozbawinaliqi edir Hesen Hesenov kime Guvenir bes onu niye cixartmillar rayonu viran edib

  2. Sabirabad rayon Qaralar kendinin sakini Babawov Babawin Pambiqin elinden mecburi Qorxudaraq Hesen Hesenov Sabirabad Rayon icra Hakimiyyeti Bawcisinin muavini alib satib bawqasina Babaw Babawov ekdiyi Pambiqa cekdiyi xerci pulun istefikde Babaw Babawovun oqlu Vusal Babawovu bir sutka Qanunsuz qorxudmaq meqsediyle Polis wobesinde qapali bir otaqda saclatdirib rayon Prokurorluqna ve 102 ve 1002 ye melumat verselerde helede ekdiyin pambiqin pulun vermeyibler Goren bu korrupsiyoner Hesen Hesenovun guvendiyi arxayin olduqu kimdirki buna heckim hecne etmir bu cinayetkari tutmurlar iwden cixartmirlar ?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button