«Gündəm xəbər» vergidən məhkəməyə şikayət etdi

Baş redaktor Mətbuat Şurasının prokurorluğa yolladığı şikayəti ala bilmir

 Gəncə vergi departamenti cinayət tədqiqatının nəticələrini “Gündəm Xəbər” qəzetinin təsisçisi və redaktoru Şirin Cəfəriyə təqdim edib. Nəticələrə əsasən, təsisçi 107 min manat vergi, o cümlədən hesablanmış faizləri ödəməlidir.  Bundan əvvəl redaktora qarşı 68 min 244 manat məbləğində vergini ödəməmək ittihamı irəli sürülmüşdü.

Dünən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində keçirilən mətbuat konfransında Cəfəri növbəti dəfə ona hesablanmış borcu əsassız adlandıraraq, baş verənləri siyasi sifariş kimi qiymətləndirib. Məlum olduğu kimi, vergi yoxlanışı Mətbuat Şurası ictimai təşkilatının iki ay əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinə müraciəti əsasında başlamışdı. Komissiya istintaqı indiyədək yekunlaşdırmayıb.

Cəfərinin sözlərinə görə, istintaqa qəzetin real tirajı və gəlirləri haqqında bütün zəruri sənədlər təqdim edilib. Qəzet 1500 nüsxə tirajla həftədə 1-3 dəfə çıxırdı, 50%-i satılırdı. Qəzetin ümumi gəliri ildə təxminən 1 min manat təşkil edirdi, nəşrin başladığı tarixdən üç il ərzində isə 20 min manat gəliri olub. Pozuntu ondan ibarət olub ki, redaktor səhvən xalis gəlirdən 4 faiz sadələşdirilmiş vergi ödəyirdi, hansı ki, həmin vergini ümumi gəlirdən ödəməli idi. Amma hətta bu halda redaktor vergi, o cümlədən 1200 manat məbləğində faiz ödəməli idi.

Amma vergi xidməti aydın olmayan səbəbdən hesablamaları hər gün 10 min nüsxədən çox çap olunan “Yeni Müsavat” qəzetinin tirajına əsasən aparıb. Dörd il ərzində bütün tirajı hesablayaraq, vergi müfəttişləri 68 min 244 manat vergidən yayınma məbləği müəyyən ediblər.

Bundan sonra avqust ayında Cəfəri vergi xidmətinin bu əməllərinə qarşı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia verib. Amma məhkəmə iclası hələ də təyin edilməyib.  

Şirin Cəfəri bildirib ki, onun Mətbuat Şurasının Baş Prokurorluğa göndərdiyi və cinayət işinin açılmasına səbəb olan məktubu almaq cəhdləri də uğursuzluqla nəticələnir. “Mətbuat Şurasının İdarə Heyətinin üzvləri hər yolla cavabdan yayınırlar, məsuliyyəti bir-birinin üstünə atırlar”, deyə Cəfəri bildirib.

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button