«Haradadır hüquq müdafiəçiləri, jurnalist təşkilatları?»

 Mehman Əliyev: «Niyə bu adamlar səslərini çıxarmırlar»

 “Haradadır hüquq müdafiəçiləri, jurnalist təşkilatları? Böyük məbləğdə qrantları kimlər, kimə verir? Nəyə görə bu təşkilatlar medianın problemləri ilə maraqlanmır? Ölkədə mətbuata qarşı böyük basqılar və təzyiqlər var. Qəzetlər fantastik məbləğlərdə cəriməlnir, jurnalistlər həbs edilir, qondarma ittihamlarla onlara cinayət işi açılır. Niyə bu adamlar səslərini çıxarmırlar?”

Bu barədə dünən Bakıda «Yeni media texnologiyaları vasitəsi ilə insan haqlarının qorunması» mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev çıxışında bildirib. Baş direktor RATİ və ABŞ-in Marşal Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransda ölkə mediasının vəziyyəti haqqında ciddi narahatlığını ifadə verib. Onun sözlərinə görə, son vaxtlar Azərbaycanda medianın vəziyyəti daha da ağırlaşıb. M. Əliyev beynəlxalq təşkilatları, o cümlədən yerli QHT-ləri azad mətbuatın yanında olmağa çağırıb.

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button