«M5pressa.com» tamaşaçıya baxmaq istədiyini göstərəcək

14/09/11

16:59

Sentyabrın 15-dən «M5pressa.com» internet televiziyası fəaliyyətə başlayacaq. Telekanallarda görə bilmədiyiniz ictimai-siyasi verilişlər burada sizə təqdim ediləcək. Artıq 10 veriliş çəkilib və montaj olunub. Internet-televiziyanın əsas hədəfi ictimai-siyasi, sosial verilişlər  və sənədli filmlər olacaq. Vaxtilə “Space”də efirə gedən “Nəbz”, “Bu bizik”, “Rəsmi gün”, “P.S” “”kimi verilişlərə yeni formatda və aparıcılarla təzədən nəfəs veriləcək.

İlk verilişlərdə nələr təqdim ediləcək?

1. Mediada diktatorluq edən Mətbuat Şurası ilə fəaliyyəti yenidən bərpa edilən Redaktorlar Birliyinin  mübahisəsinə Rəşad Məcid, Yadigar Məmmədli, Əvəz Zeynallı və Habil Vəliyev öz münasibətlərini bildirəcək.

2. Telekanalların ağlar günə qalmasının səbəblərini Etibar Babayevlə Zeynal Məmmədli araşdıracaq.

3. Misir Mərdanovun Allaha tapşırdığı Ərəstun Osmanlı təhsildəki qara ləkələrə ağ boya çəkməyə çalışacaq.

4. Azərbaycan Ordusunun baş qərargah rəisi Nəcməddin Sadıkovun niyə Dağıstanın Milli Qəhrəmanı olduğunu ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov izah edəcək.

5. Dişi və dırnağı ilə yaratdığı «Qafqazinfo»nu heç kimə verməyəcəyini bəyan edən Elbrus Ərudla, pulun yox, keyfiyyətli əsərlərin problem olduğunu düşünən Qan Turalla müzakirələrini görmək istəyirsinizsə, sentyabrın 15-dən «M5pressa.com»a baxın. Bəlkə telekanallarda axtardığınızı burada tapa bildiniz.

Sizə və bizə uğurlar! Görək, nə qədər duruş gətirə biləcəyik.

İnternet-televiziyanın baş redaktoru Şöhrət El-Dənizdir.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button