«Ramstor» «Bazarstor» oldu!

Abdulbarı Gözəl ticarət məkrəzi üçün 14 milyon manat pul sayıb…

Abdulbari Gözəl hakimiyyətdaxili regional və etnik qruplaşmaların da dəstəyi ilə ölkənin qida sənayesində monopoliyanı ələ keçirmək istiqamətində sürətlə irəliləyir. Artıq ölkə əhalisinin ərzaq təchizatında bu şirkətin rolu danılmaz şəkildə çoxalıb. İş o yerə çatıb ki, ölkəyə gətirilən ərzaq məhsullarının həcmi «Azərsun»la razılaşdırılmadan müəyyənləşdirilmir. Çay «Azərsun»un monopoliyasındadır, konserv mallarında bu şirkətin hakimiyyəti var. Bu yaxınlarda duz sənayesi də «Azərsun»a hədiyyə edildi. Şəkər-qənd tozu sahəsində də «Azərsun» liderliyi ələ götürüb. İmişlidə və Bakıda fəaliyyət göstərən zavodlarda baş verənlərdən ara-sıra mətbuat yazmaqdadır. Çörəyin və unun da onun monopoliyasına veriləcəyi haqda söz-söhbətlər səngimək  bilmir. Çörək sexlərinin sıxışdırılması və unun sürətlə bahalaşması da onun əlamətlərindəndir. Görünən odur ki, ölkənin ali rəhbərliyində qarşısıalınmaz bir Abdulbari Gözəl sevgisi var və bu sevgi özünün ən pik məqamını yaşamaqdadır.

Təbii ki, ölkənin ərzaq təminatının əmanət edildiyi şirkət, özünün mallarını satmaq üçün bazar axtarışındadır. Bu axtarışların nəticəsi olaraq Abdulbari Gözəlin Bakının Babək prospektində yerləşən «Ramstor» ticarət mərkəzini satın aldığı bildirilir. Gözəl, təkcə ərzaq təminatını yox, həm də monopoliyaya aldığı qida maddələrini satmaq üçün ticarət mərkəzləri əldə etmək siyasəti aparır və «Ramstor»un alınması da bu prosesin tərkib hissəsidir. Artıq alınan ticarət mərkəzinin adının dəyişdirildiyi, onun «Bazarstor» adlandırıldığı bildirilir. Bu möhtəşəm bina üçün Abdulbari Gözəlin nə az, nə də çox, düz 14 milyon manat saydığı da gələn xəbərlər arasındadır.

İndi burada o, öz mallarını satacaq.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button