«Vaqif Axundov Dövlət Mühafizə Xidmətinə qohumlarını yığıb»

Əzizağa Süleymanov: «17 ildir Milli Qvardiyanın komandanı vəzifəsi vakant olaraq alır»

Sentyabrın 13-də prezident Əliyevin Qobustan rayonuna səfəri zamanı Bakı-Şamaxı yolunun 44-cü kilometrində “Mercedes” markalı avtomobil Milli Qvardiyanın bir əsgəri və bir çavuşunu vurub. Onlardan biri həlak olub, digəri yaralanıb. Hər ikisi dövlət başçısının kortejinin təhlükəsizliyini təmin edirdilər.

“Milli Qvardiyada xidmət edənlərin belə YNH-də həlak olması mümkünsüzdür, belə bir şey olmamalıdır, belə ki, mövcud təlimatlar buna yol vermir. Onlarla birlikdə Saray kəndinin 62 yaşlı sakinini də maşın vurub. Mülki şəxs Milli Qvardiya əsgərlərinin yanında ola bilərdi? Bütün bu suallar Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində mətbuat konfransı keçirən Milli Qvardiyanın əsasını qoyanlardan biri, istefada olan polkovnik Əzizağa Süleymanov tərəfindən səsləndirilib.

Hadisənin subyektiv və obyektiv səbəbləri var. Belə ki, Milli Qvardiyanın şəxsi heyəti lazımi şəkildə təlimatlandırılmır, çünki kənar şəxsin Milli Qvardiyanın qulluqçularının yanında olmaq hüququ yoxdur. Obyektiv səbəblərə gəlincə, 17 ildir Milli Qvardiyanın komandanı vəzifəsi vakant olaraq qalır. Bu zaman Dövlət Xüsusi Mühafizə Xidməti və Milli Qvardiyada bir çox məsul vəzifələri Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun qohumları tutur. Belə ki, Milli Qvardiyanın qərargah rəisi vəzifəsinin 10 ildir ki, Vaqif Axundovun qohumu, tamamilə mülki şəxs tutur.

Peşə hazırlığı İdarəsinə keçmiş müstəntiq rəhbərlik edir. Ümumiyyətlə, hər iki qurum peşə üçün yararsız insanlarla doludur, deyə o bildirib.

3-4 il əvvəl prezidentin bölgələrə səfəri zamanı Hacıqabul rayonu ərazisində Milli Qvardiyanın bir neçə əsgəri dəmiryol qatarı altında qalmışdı, onlardan bir hissəsi həlak olmuşdu, digərləri isə əlil olmuşdu. Bu hadisə ictimaiyyətdən gizlədildi və heç kim cəzalandırılmadı. Belə çıxır ki, hər dəfə dövlət başçısının rayonlara səfəri zamanı Milli Qvardiyanın əsgərləri həlak olmalıdır, deyə Süleymanov qeyd edib.

“Mən 1991-ci ildə Milli Qvardiyanı yaradanlardan biri olmuşam. Hazırda bu qurumda baş verənlər məni narahat etməyə bilməz. Nə qədər ki, Milli Qvardiya və Dövlət Xüsusi Mühafizə Xidmətinin rəhbərliyi bir ailənin əlində qalacaq, yeni faciələr qaçılmazdır”, deyə Əzizağa Süleymanov bildirib.

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button