«Xural» «AMAY-«Texnikabank» çəkişməsi»ni masaya yatırır…

Önümüzdəki həftənin bazar ertəsi, birinci günü, saat 13.00-15.00 arası «Xural» qəzetinin redaksiyasında dəyirmi masa olacaq…

Yer:       «Xural» qəzetinin redaksiyası;

Tarix:   2 may 2011-ci il;

Saat:       13.00-15.00

Son günlər «Texnikabank-AMAY» çəkişməsi ölkə mətbuatının əsas müzakirə məsələlərindən birinə çevrilib. Məsələnin getdikcə siyasi rəng alması, tərəflərin bir-birini ittiham etməsi və başlanan məhkəmə işində Baş Prokurorluğun, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Mərkəzi Bankın adlarının keçməsi mözunu aktuallaşdırır və cazibədar edir. «Xural» hər zaman olduğu kimi, bu dəfə də üzərinə düşəni edir və tərəflərin – daha doğrusu, adı çəkilənlərin hamısını redaksiyaya dəyirmi msa ətrafına dəvət edir. Beləliklə, bazar ertəsi, yəni həftənin birinci günü, may ayının 2-də, «Xural»ın redaksiyasında dəyirmi masa ətrafında Baş Prokurorluğun, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, «Texnikabank»ın, «Mərkəzi bank»ın və AMAY şirkətinin təmsilçilərinin yığışacaq və müzakirə başlayacaq.

Kim haqlıdır?

Baş verənlərin əsl səbəbi nədir?

Bu və ya digər suallara aydınlıq gətiriləcək.

XuralTAC

28.04.2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button