«Xural» yeni diskin təqdimat mərasimini keçirəcək!

Mərasim martın 16-da, çərşənbə/üçüncü gün, saat 12.00-14.00 saatlarında RATİ-nin mətbuat mərkəzində keçiriləcək…

Artıq diqqətli Oxucu «Xural»ın vətənpərvərlik layihəsi olan «Nə yatmısan qoca vulkan, Səninləyəm!» diskinin istehsal olunduğu haqqında məlumatlıdır. Disk işıq üzü görəndən sonra böyük rezonansa səbəb olub. Respublikanın Əməkdar artisti, bədii qiraət ustası Ağalar Bayramovun təqdimatında ölkəmizin böyük şairlərinin vətənpərvərlik hissi aşılayan şeirləri dinləyiciləri riqqətə gətirir. Burada kimlər yoxdur ki – Böyük Məmməd Araz, Böyük Xəlil Rza Ulutürk, Böyük Mehmet Akif Ərsoy, Böyük Məhəmmədhüseyn Şəhriyar, Rüstəm Behrudi, Əlisəmid Kür və s. və i. Biz onların ən özəl və gözəl şeirlərini topladıq və onların hamısını mükəmməl ifa ilə «Xural» Oxucularının və Azərbaycan dinləyicilərinin diqqətinə təqdim etdik. İnsanı səmimi mübarizəyə səsləyən bu diskin təqdimatında şeirləri ifa olunan şairləri özləri, yaxınları və ruhları iştirak edəcəklər…
Tədbir RATİ-nin mətbuat salonunda keçiriləcək.
Tədbirə bütün duyarlı ziyalılarımızı dəvət edirik.

Yer: RATİ-nin mətbuat zalı («Sahil» metrosunun yanı, AYB-nin qənşəri);
Saat: 12.00-14.00;
Tarix: 16 mart 2011-ci il;
Əlaqə telefonları: 566.18.60; 418.03.34; 050(070) 320.49.27.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button