«Yeni Müsavat»ın baş redaktoru sərt danışdı

Rauf Arifoğlu: “Belə bir şəxsin yenidən media ombudsmanı olması nonsensdir, bizi ələ salırlar»

Belə bir açıqlama “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu çıxış edib. Dünən Bakıda “Azərbaycanda media hüququ təhsili” adlı elmi-əməli konfransdakı çıxışında R.Arifoğlu bildirmişdir: “İnformasiya almaq gündəlik işləyən qəzetlərin ən ciddi problemlərindən biridir. Dövlət qurumlarında mətbuat xidmətlərinin işi nazirlərə qoruyuculuq etməkdir, nəinki məlumat vermək. Onların çox məhdud hüquqları var və biz onların bu məhdud hüquqları ilə işləyə bilmirik. Buna görə də mən vaxtında informasiyaları dəqiqləşdirməkdə kömək etmədikləri üçün bir neçə nazirliyi məhkəməyə vermişəm. Mən həbsxanada olanda dəfələrlə ombudsman E.Suleymanova bizi ziyarət edib. Amma hər dəfə mətbuat konfransı keçirərkən, parlamentdə danışarkən bizim dediklərimizi və bizim vəziyyətimizi təhrif edib. İş o yerə gəlib çatdı ki, biz axırda onu kameramıza buraxmadıq. Parlamentdə bizim adımızdan demişdi ki, guya biz yerimizdən çox məmnunuq, həyatımızdan çox razıyıq. Halbuki, biz ona demişdik ki, biz soyuqdan ölürük. Heç nə edə bilmirsinizsə, heç olmasa bir qızdırıcı ilə təmin olunmağımızda kömək edin. Demişdik ki, biz informasiyasızıq, heç olmasa bizə radio təmin edin. Belə bir şəxsin yenidən media ombudsmanı olması nonsensdir, bizi ələ salmaqdır. Bu bizim bu sahədə ombudsmanımızın olmaması deməkdir. Ombudsman aparatında aparılmış media müzakirələrinə gəlincə, mənim də bundan xəbərim olmayıb və biz də orada iştirak etməmişik”.

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button