Ə.Zeynallı haqqında hökm onun iştirakı olmadan qüvvədə saxlanıldı

9148ALİ MƏHKƏMƏ Ə.ZEYNALLI HAQQINDA ÇIXARILMIŞ SAXTA HÖKMÜ QÜVVƏDƏ SAXLADI

11.09.2013

Əvəz Zeynallı: “Mən Azərbaycan məhkəmələrinin inkiviziya məhkəmələri olduğunu bilirəm. Amma bu dövlətin vətəndaşı olaraq, haradfasa ümid edirəm ki, hakimlərin heç olmasa biri vicdanını dinləyib, doğru qərar çıxaracaq. Ali Məhkəmə digər məhkəmələrdən daha amansız və vicdansız mövqe nümayiş etdirdi. Hakim İlham Cəfərov əsl inkvizitor olduğunu bu məhkəmədə öz  təxribatçı hərəkətlərilə sübut etdi”.

Sentyabrın 11-də Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyilə “Xural” qəzetinin saxta ittihamlarla həbs olunmuş baş redaktoru Əvəz Zeynallının məhkəmə işinə baxıldı.

Məhkəmə başlayar-başlamaz Əvəz Zeynallını təxribata çəkən hakim İlham Cəfərov heç bir əsas olmadan onun zaldan çıxarılması əmrini verdi. Ə.Zeynallı müdafiə tərəfinin – vəkil E.Sadıqovun da məhkəmə zalını tərk etməsini dedi. Hakimin özbaşınalığından hiddətlənən baş redaktorun yaxınları və media nümayəndələri buna etiraz olaraq onunla birlikdə zalı tərk etdilər. Hakim İlham Cəfərov, Ə.Zeynallının və KİV nümayəndələrinin iştirakı olmadan yerində müşavirə apararaq 3 dəqiqə müddətində Ə.Zeynallı haqqında Apellyasiya məhkəməsinin bu il mayın 13-də çıxardığı hökmü qüvvədə saxladı.

Ə.Zeynallının vəkili Elçin Sadıqovun məhkəmədən sonra mətbuata verdiyi açıqlamada bildirdi ki, prosesin ilk dəqiqələrindən hakimin sərt təpkilərinə etiraz edən Ə.Zeynallı hakimin tələbilə zaldan çıxarıldı və onun iştirakı olmadan işə baxıldı. Hakim İlham Cəfərov Apellyasiya Məhkəməsinin qərarını sorğu-sualsız dəyişdirmədən saxladı. Nə Ə.Zeynallının, nə də Bakı şəhər Vergilər Departamentinin kassasiya şikayətləri təmin edilmədi. Bu məhkəmə qərarını əldə etdikdən sonra Avropa Məhkəməsinə müraciət olunacaq. Ümidvarıq ki, bu işə Avropa Məhkəməsində daha ədalətli baxılacaq”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button