Ədalət Partiyası “Xural” qəzetini müdafiə edir!

“Mətbuat Şurasından bu məsələni bir daha araşdırmağı, yaranmış problemi mürəkkəbləşdirmədən, qanuna, mətbuatın etik kodekslərinə və yoldaşcasına həll etməyi tövsiyə edirik…”

Ədalət Partiyası “Xural” qəzetinin Mətbuat Şurası tərəfindən “qara siyahıya” salınmasını pisləyən bəyanatla çıxış edib. Bəyanatda deyilir:

“Azərbaycanda ədalətli seçkilərin keçirilməsi, demokratiyanın, insan haqlarının, bazar iqtisadiyyatının və sahibkarlığın inkişafında, Respublikamızın demokratik dünyaya inteqrasiyasında azad mətbuatın rolu əvəzsiz və danılmazdır. Azərbaycan hökuməti tərəfindən KİV-ə Dövlət Dəstəyi Fondunun formalaşdırılması, zaman-zaman müxtəlif qəzetlərin borclarının dövlət  hesabına silinməsi və s. addımlar mövcud iqtidarın kütləvi informasiya vasitələrinin inkişafına qayğısı kimi qiymətləndirilməlidir.

İqtidarın belə humanist siyasət apardığı bir dövrdə çox təəssüf ki, KİV-in problemlərinin dövlət orqanları səviyyəsinə çıxmadan ictimai fikrə söykənərək həll etməli olan Mətbuat Şurası “Xural” qəzetini “reket qəzetlər” siyahısına salmaq qərar qəbul etmişdir.

Ədalət Partiyası hesab edir ki, Mətbuat Şurasının bu qərarı tələsik atılmış addımdır, bir çox obyektiv nüansları nəzərdən qaçırmış və ictimai fikri bütövlükdə nəzərə almamışdır. Belə ki, “Xural” qəzetində dərc olunmuş yazılar bir daha göstərir ki, bu qəzetin baş redaktoru və kollektivi öz millətini, dövlətini sevən və onun uğrunda çalışan şəxslərdir.

Ədalət Partiyası Mətbuat Şurasından bu məsələni bir daha araşdırmağı, yaranmış problemi mürəkkəbləşdirmədən, qanuna, mətbuatın etik kodekslərinə və yoldaşcasına həll etməyi tövsiyə edir.

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button