Ədliyyə və DYP işçiləri arasında dava düşdü

Evakuatorun ədliyyə əməkdaşının maşınını aparması aranı qarışdırdı

 Dünən günün ikinci yarısında paytaxtda Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin bir qrup əməkdaşı ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları arasında insident yaşanıb. Redaksiyamıza daxil olan məlumata görə, DYP əməkdaşları «Hökumət evi»nin yaxınlığında, dayanma qadağan olunan ərazidə saxlanılan «VAZ 21-07» markalı avtomobili evakuator vasitəsilə ərazidən aparmaq istəyib. Bu zaman həmin avtomobilin sahibi – Ədliyyə Nazirliyi Penitensiaр Xidmətin 15 saylı cəzaçəkmə müəsisəsinin əməkdaşı Asəf İsayev oraya gəlib.

Nəticədə tərəflər arasında mübahisə yaranıb. Avtomobilin sürücüsü A.İsayev və onunla birlikdə olan – 15 saylı cəzaçəkmə müəssisəsində xidmət edən Babək Hətəmov evakuatorun sürücüsünə və onun yanında olan digər əməkdaşla əlbəyaxa dava edərək onlara xəsarət yetirib. Daha sonra avtomobillərinə əyləşərək hadisə yerindən uzaqlaşıblar. Məsələnin Xətai Rayon 37-ci polis bölməsində araşdırıldığını öyrənib bu bölmə ilə əlaqə saxladıq. Lakin bölmənin növbətçi hissəsindən orada belə məsələnin araşdırılmadığını qeyd etdilər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə məsələni araşdırıb sabah məlumat verə biləcəklərini bildirdilər.

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button