Əflan İbrahimov “Azadlıq salnaməsi”ndə İsgəndər Həmidova cavab verdi-VİDEO

Ölkənin siyasi gündəmi isinməyə başlayır…

Ötən həftə sabiq Daxili İşlər naziri İsgəndər Həmidovla “Azadlıq salnaməsi”ndə geniş müsahibə götürmüşdük. Müsahibədə İsgəndər Həmidovla Daxili İşlər naziri olduğu dövrü müzakirə etmiş, Elçibəy hökuməti dövründə görülən işlərdən danışmışdıq. İsgəndər Həmidovla bu müsahibəmiz təxminən ay yarım bundan əvvəl götürülsə də, İsgəndər bəyin liderliyi ilə yaradılan Azərbaycan Xalq Hərəkatının təsis olunması məsələsinə görə, müsahibənin yayımı yanvarın 26-dan – AXH-nin təsis olunmasının bitməsindən sonraya təxirə salınmışdı. Bu qədər ertələnməsinə baxmayaraq, müsahibə mətbu və siyasi gündəmdə rezonans yaratdı və müxtəlif ictimai-siyasi xadimlər müxtəlif səpkili cavablar verməyə başladılar. Onlardan biri də “El Hərəkatı” Partiyasının sədri Əflan İbrahimovdur.

Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov müsahibəsində bir dəfə də olsun Əflan İbrahimovun adını çəkməyib, onu nədəsə ittiham etməyib. Biz bunu Əflan İbrahimova da dedik, amma Əflan müəllim İsgəndər Həmidovun həmin hadisələrdəki rolu haqqında dediklərinin onu da bağladığını, o hadisələrdə birbaşa özünün də iştirak etdiyini, deyilənlərin ona da aid olduğunu qeyd edərək, mütləq cavablandırmalı məsələlər olduğunu dilə gətirdi. Haidsələrdə iştirak etdiyini iddia edən Əflan İbrahimovu bu səbəblə “Azadlıq salnaməsi”nə dəvət etdik və ondan İsgəndər Həmidovun dediklərinə münasibətini öyrənməyə çalışdıq.

Əflan İbrahimovun müsahibəsi boyu maraqlı məqamlar meydana çıxdı. O, təkcə İsgəndər Həmidovun müsahibəsinə münasibət bildirmədi, həm də zamanında şahidi və iştirakçısı olduğu hadisələr haqqında danışdı. Fürsəti əldən vermədik və Əflan müəllimə mövzu ilə bağlı bir çox suallar verdik. Onun müsahibəsi boyu maraqlı məqamlar meydana çıxdı.

Əflan İbrahimov Ayaz Mütəllibovun ölkəni tərk etdiyi günlə bağlı maraqlı açıqlamalar verdi. Onun Heydər Əliyevlə görüşü və ondan sonrakı taleyi haqda dedikləri də maraqlı idi. Əflan müəllim iddia edir ki, 1994-cü ildə İsgəndər Həmidovun qardaşı Sərdar Həmidovla Moskvaya gedib və orada Ayaz Mütəllibovla görüşüb. O görüş və görüşün iddia olunan detalları da Azərbaycan siyasətində çox danışılacaq məsələlərdən biri ola bilər. Onu da qeyd edək ki, Əflan İbrahimovun müsahibəsində maraqlı məqamlar təkcə bunlar deyil. Birinci vitse-prezident Mehriban Əliyevanın ətrafında toparlanan yeni qüvvələrin içində də münasibətlər rəvan deyil. Əflan müəllimin Hacı Əbdül haqqında danışdıqları gələcək qarşıdurmadan xəbər verir ki, bu da yeni hadisələrin meydana çıxması deməkdir.

İndi isə söz “El Hərəkatı” Partiyasının sədri Əflan İbrahimovundur. “Azadlıq salnaməsi”ndə Əflan İbrahimov təkcə İsgəndər Həmidova cavab vermir, başqa və yeni problemləri də gündəmə gətirir…

Əvəz Zeynallı,

“Azadlıq salnaməsi”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button