Əfqan Muxtarlı barəsində 3 ay həbs qərarı verildi FOTO VİDEO

Əfqan Muxtarlı haqqında ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbiri seçildi. Bu barədə mayın 31-də Səbail rayon məhkəməsində qərar çıxarılıb.

Əfqan Muxtarlının vəkili Elçin Sadıqov bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə CM-nin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə, zor tətbiq etmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bundan əvvəl isə Əfqan Muxtarlıya CM-nin 206 (qaçaqmalçılıq) və 318-ci (sərhədi qanunsuz keçmə) maddələri ilə ittiham elan olunmuşdu.
İttihamda iddia olunur ki, Əfqan Muxtarlı sərhəddi qanunsuz keçərkən Dövlət Sərhəd Xidmətinin gizirinə həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq edib.
Əfqan Muxtarlı məhkəmədə deyib ki, Gürcüstanda oğurlanıb, başına torba keçirib Azərbaycanın sərhəd zonasına gətirilənə qədər həmin giziri ümumiyyətlə, görməyib. Jurnalistin sözlərinə görə, onu oğurlayanlar xüsusi formada olublar.
Əfqan Muxtarlı qeyd edib ki, onu həm Gürcüstanın, həm də Azərbaycanın sərhəd-nəzarət məntəqəsindən avtomobillə keçirib gətiriblər.

“Məni gətirənlər sərhəddə yaxınlaşanda hansısa generala zəng eləyib, məruzə elədilər. Dedilər ki, “mollanı gətirirlər, general artıq yasa gələ bilər”, – deyə Əfqan Muxtarlı məhkəmədə bildirib.

Elçin Sadıqov məhkəmədə tibbi ekspertiza təyin olunması, ekspertin Əfqan Muxtarlını müayinə etməsi haqda vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.
Daha bir vəsatət isə Əfqan Muxtarlı gətirilən gün sərhəd-buraxılış məntəqəsində qeydə alınmış video-görüntülərin ortaya qoyulması haqda olub. Vəkil bildirib ki, əgər o videolar ortaya çıxsa, ittihamın saxta olduğu təsdiqlənəcək.
Məhkəmə bu vəsatəti də təmin etməyib.
Elçin Sadıqov bildirib ki, Əfqan Muxtarlı barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək

***

Əfqan Muxtarlı Səbail Rayon Məhkəməsinə gətirilib

Jurnalist Əfqan Muxtarlının işinə yeni cinayət maddəsi əlavə edilib. Bu, maddə 315.2,  hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsidir. Maddənin cəzası üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmədir.

Bununla da, Əfqan Muxtarlıya qarşı irəli  sürülən cinayət maddələrin sayı 3-ə çatıb. Bundan əvvəl ona qarşı Cinayət Məcəlləsinin 318.1 (dövlət sərhədini qanunsuz keçmə), 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button