Əfqan Muxtarlı ”kars”a salınıb

Jurnalist Əfqan Muxtarlının “kars”a salındığı bildirilir. Bu barədə ictimai fəal Samir Əsədli məlumat yayıb. Onun sözlərinə görə, Əfqan Muxtarlı artıq iki gündür ki, dərmanlarını da qəbul etməkdən imtina edib. Jurnalist şəkərli diabetdən əziyyət çəkir. Dərmanları qəbul etməmək və yemək yeməmək birbaşa intihara cəhd kimi qiymətləndirilir.

***

Mehman Sadıqov: “Həbsxanaya gələn bütün vəkillər yoxlanılır”

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr üzrə şöbənin rəisi Mehman Sadıqov Meydan TV-yə məhbus jurnalist Əfqan Muxtarlının aclıq aksiyasına başladığını təsdiqləyib.

Mehman Sadıqov deyib ki, Əfqan Muxtarlı sentyabrın 23-dən aclıq aksiyasına başlayıb.

“Sadəcə, aclıq keçirəcəyi haqda ərizəni dünən təqdim edib”, – şöbə rəisi deyib.

Mehman Sadıqovun sözlərinə görə, Əfqan Muxtarlı ərizəsində vəkili Nemət Kərimliyə qarşı kobudluğa etiraz olaraq aclıq aksiyasına başladığını qeyd edib.

“Amma Nemət Kərimlinin dedikləri doğru deyil. Ona qarşı hər hansı kobudluq olmayıb. Daxili qaydalara əsasən həbsxanaya gələn bütün vəkillər yoxlanılır”.

Məlumata görə Əfqan Muxtarlı aclıq aksiyasına sentyabrın 21-də başlasa da, aksiya barədə ərizəni sentyabrın 22-də təqdim edib.

Vəkil Nemət Kərimli sentyabrın 20-də müvəkkilinin saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlə üzləşdiyi haqda açıqlama yaylb. Onun sözlərinə görə, həbsxana rəisinin müavini tərəfindən təzyiqə məruz qalıb, 45-50 dəqiqə otaqların birində girov saxlanılıb.

Bundan sonra jurnalist Əfqan Muxtarlı aclıq aksiyasına başladığı barədə məlumat yayıb.

Əfqan Muxtarlı

Əfqan Muxtarlı

 

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da “yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button