Əfqan Muxtarlının həyat yoldaşı dinləndiyini deyir

”Bununla bağlı Gürcüstan polisinə məlumat vermişəm, ancaq əhəmiyyət vermirlər”

İyulun 7-də həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva Tibilisidə mətbuat konfransı keçirib.

Konfransda Leyla Mustafayeva 10 gün öncə başına gələn olay haqqında məlumat verib.

Leyla Mustafayevanın bildirdiyinə görə o, Tibilisidə dostları ilə restoranların birində oturan zaman masalarına çanta qoyulub. Onlar çantanın kimə məxsus olduğunu soruşan zaman kənardan bir şəxs çıxıb və həmin çantanı götürərək qaçıb:

“Çantada dinləyici qurğu olduğunu ehtimal edirəm. Odur ki, baş vermiş hadisə ilə bağlı Gürcüstan polisinə məlumat vermişəm. Ancaq polis bu işlə demək olar ki, məşğul olmur,” – deyə Leyla Mustafayeva bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button