Əfqan Muxtarlının Şəkiyə köçürüləcəyi deyilir

Həbsdəki jurnalist Əfqan Muxtarlının Şəkidəki İstintaq Təcridxanasına köçürüləcəyi (etap olunacağı) bildirilir.

Bu haqda siyasi fəal Samir Əsədli məlumat verib. O, bir qrup gənclə birgə bu gün, noyabrın 18-i jurnalistlə görüşməkdən ötrü Bakı İstintaq Təcridxanasında olub.

S.Əsədlinin bildirdiyinə görə, Əfqan Muxtarlının dostlarını onunla görüşə buraxmayıblar.

“Həmişəki kimi təcridxanada ənənəyə sadiq qaldılar, bizə görüş vermədilər. İndiyədək yalnız bir dəfə, ötən həftə Əfqanla görüşə bilmişik. Bizə bildirdilər ki, Əfqan Muxtarlı gələn həftənin ilk günü Şəkidəki təcridxanaya etap ediləcək. Gələn ay isə Balakən Rayon Məhkəməsində ona açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayacaq”.

S.Əsədli Ə. Muxtarlının əhvalının yüksək olduğunu bildirib.

Ə.Muxtarlının istintaqı artıq başa çatıb. Vəkilləri cinayət işi materialları ilə tanış olublar. Cinayət işi materialılarının məhkəməyə göndərilməsi gözlənilir.

Gənclərin jurnalistlə görüşə bilməmələri ilə bağlı dediklərinə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Gənclərin dediklərinə görə, onlar Əfqan Muxtarlı ilə görüşmələrindən ötrü onun ailəsindən də etibarnamə alıblar. Ancaq əksər hallarda jurnalistlə görüşə icazə ala bilmirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button