Əfqan Sadıqlı azadlığa çıxdı

“Azel.TV” saytının inzibati qaydada həbs edilmiş baş redaktoru Əfqan Sadıqlı dekabrın 27-də azad edilib.

Həyat yoldaşının sözlərinə görə, o, cəza müddəti başa çatdığına görə azad edilib. Bir ay əvvəl – noyabrın 27-də Əfqan Sadıqov Səbail rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 1 il müddətinə həbs edilmişdi.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaşının və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmama) maddəsi ilə ittiham olunurdu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button