Əfqanıstan: Bundan sonra onu nə gözləyir?

Kabilin sürətli çöküşü və Əfqanıstanda taliblərin hakimiyyətə gəlişi bütün dünyada ən canlı və emosional əks-səda doğurub. 

20 il əvvəl amerikanların və müttəfiqlərinin birgə səyləri ilə hakimiyyətdən uzaqlaşdırılmış icma-tayfa münasibətlərinin “vəhşi” tərəfdarları Qərb koalisiyası qoşunlarının çıxarılmasının elanından bir neçə ay sonra ölkəni özlərinə qaytardılar. Sayca dəfələrlə böyük müasir əfqan ordusu sadəcə əriyib getdi, mərkəzi hakimiyyətin nümayəndələri isə ya qaçdı, ya “Taliban”a sədaqət andı içdi.

Hadisələrin bu cür fəlakətli şəkildə inkişaf etməsi əyani göstərir ki, amerikanların Əfqanıstandan çıxmaq qərarı nə dərəcədə doğru idi.  O cümlədən, Co Baydenə hazırkı vəziyyət Senatın beynəlxalq münasibətlər komitəsində və Barak Obamanın dövründə iki müddət vitse-prezidentlik kimi çalışdığı vaxtlardan  oradakı vəziyyət yaxşı məlumdu və o,  heç vaxt həm əcnəbi süngülərə arxalanan dərin korrupsioner hakimiyyətlə,  həm də bacarıqsız əfqan ordusu ilə bağlı xüsusi illüziyalar bəsləmirdi.  Amerikanlar onlara nə qədər yardım etsələr də, bu, keyfiyyət dəyişikliklərinə aparıb çıxarmırdı,  odur ki, bu vəziyyəti sonsuzadək davam etdirməyin mənası yoxdu və çıxıb getmək lazım idi. «Mən hakimiyyəti dövründə ABŞ qoşunlarının Əfqanıstanda olduğu dördüncü prezidentəm, onların ikisi respublikaçı, ikisi isə demokrat olub.  Mən bu müharibəni beşinci prezidentə ötürmək istəmirəm və ötürməyəcəyəm », – Bayden bəyan edib.

Hazırda taliblərin nümayəndələri hamını əmin edirlər ki, sülhpərvərdirlər və istənilən münaqişəli məsələni bütün maraqlı tərəflərlə danışıqlar masasında müzakirə etməyə hazırdırlar.  Qonşulara münasibətdə aqressiv planları inkar edirlər.  Əvvəlki rejimlə və əcnəbilərlə əməkdaşlıq etmiş hər kəsə amnistiya vəd edirlər. Ancaq  ədalət məhkəməsi üçün əsas, əlbəttə ki, şəriət olacaq və hər kəs bilsin: məhkəmə nə qərar versə, o da yerinə yetiriləcək.

Abdulla Baradarın söylədiyi kimi,  indi “Taliban” üçün əsl sınaq başlayır.  Ölkəni amerikalıların korrupsioner nökərlərinin əlindən almaq mümkün oldu, bəs bundan sonra nə etməli?

Bütün müşahidəçilər hərəkatın çoxçeşidli tərkibindən bəhs edir.  Əslində, bu, öz doğma əyalətlərində və doğma kəndlərinin ətrafındakı ayrı-ayrı ərazilərə nəzarət edən tayfa dəstələrinin müstəqil komandir və rəhbərlərinin əlvan konqlomeratıdır.  Abstrakt ümumdövlət səviyyəsində nələrin baş verdiyi onlar üçün çox da maraqlı deyil.

Şübhəsiz, taliblər bir müddət daxili məsələlərlə daha çox məşğul olacaqlar,  çünki onların ekspansiyası ilə bağlı əndişələr hərəkatın öz niyyətlərini əks etdirməkdən daha çox ətraf dünyanın qorxularından xəbər verir.  Eyni zamanda taliblərin Mərkəzi Asiyaya potensial irəliləyişinin qarşısını alan Şimal alyansının iflası da bölgənin dövlətlərində həyəcan doğurmaya bilməz.

Alınan son məlumatlara görə, “Taliban” qadınları gələcək hökumətin fəaliyyətində iştirak etməyə dəvət edib. Bu barədə yerli “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, qadınların yeni hökumətin fəaliyyətində iştirak etməsinə şərait yaradılacaq.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button