Əfvə düşən Tofiq Yaqublunun evindən reportaj – VİDEO

tofiq yaqublu

Xəbər veriliyi kimi, bu gün prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. musavat.com-un əməkdaşları əfv siyahısında adı olan keçmiş siyasi məhbus Tofiq Yaqublunun evində olublar.

T.Yaqublunun qızı Nigar Yaqublu sevinc hisslərini belə izah edib: “İllərdir ki, bu günü gözləyirdik. Nəhayət, atamı azadlıqda görə biləcəyik. Əfv sərəncamı haqqında mətbuatdan xəbər aldım. Saat neçədə buraxılacağı barədə heç nə bilmirik. Sevincimdən evə gələndə yolda yıxıldım. Çox sevincliyik”.
Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu deyib ki, atasının əfvi onun üçün gözlənilməz olub: “Bu gün avtobusla evə gəlirdim. Dostum zəng elədi dedi ki, əfv sərəncamı verilib. Çox sevindim. Düzü, bu, mənim üçün gözlənilməz oldu”.
Qeyd edək ki, Müsavat başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublu 2013-cü ilin fevralında İsmayıllı rayonunda baş vermiş etirazlardan sonra həbs olunub. O, kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunub. 2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button