Əhali kreditləri ödəyə bilmir – Rəsmi açıqlama

kreditƏhalinin banklara kredit borcu 1,3 milyard manata çatdı

xural.com   xəbər verir ki, bu haqda məlumat Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində açıqlanıb.

Göstəricilərə əsasən, 2015-ci il may ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,6 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar. Verilmiş kreditlərin həcmi 2014-cü il may ayının 1-i ilə müqayisədə 26,8 faiz artıb, onun 77,8 faizi və ya 16,0 milyard manatı uzunmüddətli olub. Kreditlərin 1,3 milyard manatının, yaxud 6,1 faizinin ödəmə vaxtı keçib.

Əhalinin banklardakı əmanətlərinin məbləği məzənnə korreksiyası nəzərə alınmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq 2015-ci il may ayının 1-nə 7,7 milyard manata çatıb.

May ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 1,05 manata, 1 Avroya 1,17 manata, 100 Rusiya rubluna 2,07 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,96 manata, 1,07 manata və 1,67 manata bərabər olub.

xural.com  

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button