Əhliman Əmiraslanov sabirabadlı seçicilərlə görüşdü

q65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd, akademik Əhliman Əmiraslanovun seçicilərlə silsilə görüşləri davam edir.

xural.com-a daxil olan məlumata görə, növbəti belə görüş Sabirabad rayonunun Yolçubəyli kəndində baş tutub. Görüşdə çıxış edən YAP Sabirabad rayon təşkilatının və partiyanın Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin sədri Nadir Quliyev rayonda Əhliman Əmiraslanovun təşəbbüsü ilə görülən işlərdən söz açıb. O, Əhliman Əmiraslanovun Sabirabad əhalisinə qarşı diqqət və qayğısından danışıb. N.Quliyev bildirib ki, deputatlığa namizəd, akademik Əhliman Əmiraslanovun bu dairədən ikinci dəfə namizədliyinin irəli sürülməsi onun ölkədəki, o cümlədən Sabirabad rayonundakı hörməti və nüfuzu ilə əlaqədardır.

  Növbəti dəfə seçicilərinin görüşünə gələn Əhliman Əmiraslanov da öz çıxışında YAP-ın əldə etdiyi nailiyyətlərdən danışıb. O, son illərdə ölkə prezidentinin tapşırıqları əsasında digər rayonlar kimi Sabirabadda da əhalinin yaşayış şəraitinin yüksəldilməsi məqsədilə iri miqyaslı layihələrin icra olunduğunu, həmçinin yenidənqurma işlərinin aparıldığını bildirib: “Bu gün ölkə Prezidenti, partiyamızın sədri, cənab İlham Əliyev bu istiqamətdə məqsədyönlü işlər aparır. Bu gün hər birimiz Azərbaycanımız naminə, Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətə dəstək olaraq, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək yeni hədəflərə doğru addımlamalıyıq. İnanıram ki, uğur daim bizimlə olacaq! Biz inanırıq ki, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq”.

  Ə.ƏmiraslanovAzərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə ölkəmizin rolu və yeri haqqında danışıb. Tədbirdə iştirak edənYolçubəyli və ətraf  Narlıq, Türkədi kəndlərinin sakinlərini parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd Əhliman Əmiraslanov onu da qeyd edib ki,  seçkilərdə vətəndaşların fəal iştirakı demokratik cəmiyyət quruculuğu baxımdan çox əhəmiyyətlidir.

Tədbirdə çıxış edən yerli sakinlər deputatın keçən 5 il ərzindəki fəaliyyətindən razı qaldıqlarını, onun seçicilərinin etimadını layiqincə doğrultmasından söz açıblar. Onlar 1 noyabr seçkilərində də növbəti dəfə Əhliman Əmiraslanovun namizədliyini dəstəkləyəcəklərini və ona səs verəcəklərini bildiriblər.

xural.com

qq

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button