Əhməd Davudoğlu AKP-dən istefa verib

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.

O, sentyabrın 13-də keçirdiyi mətbuat konfransında AKP-dən çıxmaqla bağlı qərarını açıqlayıb.

Ə.Davudoğlu AKP üzvlüyündən çıxarılacaqlarını təsəvvür etmədiklərini bildirib: “Bizim üçün partiya sıralarından çıxarılma tarixi 2019-cu il sentyabrın 2-dən, AKP-nin qurulması prinsiplərindən imtina etdiyi gündən sayılır. Azsaylı kadrların nəzarətində olan AKP-nin ölkəmizin problemlərini həll etmək imkanı yoxdur”.

“Demokratik nizam qurmaq istəyirk” deyən Ə.Davudoğlu yeni siyasi hərakat yaratdıqlarını bildirib: “Bu gündən etibarən yeni bir siyasi hərəkat qurmaq bizim üçün tarixi məsuliyyətdir. Bu çərçivədə siyasi görüşündən asılı olmayaraq, məsuliyyət hissə edən hər kəsi bilikdə fəaliyyət göstərməyə dəvət edirəm”.

 

Report

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button