Əkrəm İmamoğlu dirijorluq edib

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Haliç Konqres Mərkəzində keçirilən 2019-2020-ci illər Mədəniyyət İncəsənət mövsümünün açılışına qatılıb.

İmamoğlunun açılış mərasimində çıxış edəndən sonra dirijorluq etməsi maraqla qarşılanıb.

Əkrəm İmamoğlu çıxışında qeyd edib ki, sənətə sərhəd qoyulmamalıdır:

“İdarə etdiyimiz İstanbulda sənət azad olacaq, bu şəhəri zənginləşdirməyə davam edəcək. Kaş səhnəyə sənətçi kimi çıxaraq alqışlanaydım, amma sənətçi deyiləm. Həqiqi sənətçiləri başımızın tacı edəcəyik”.

Bələdiyyə sədrinin çıxışından sonra Şəhər Teatrlarının tamaşası nümayiş etdirilib. İmamoğlu tamaşadan sonra klassik musiqi orkestrində dirijorluq edərək “Lüks Həyat” operasını idarə edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button