Əlcəzairlə elmi, təcrübi və pedaqoji əməkdaşlıq aparılacaq – FOTO

ehlimanƏlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri  Azərbaycan Tibb Universitetinin qonağı olub

xural.com-a daxil olan məlumatda bildirilir ki, Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mouloud Hamain Azərbaycan Tibb Universitetini ziyarət edərək universitetin  rektoru, akademik Əhliman Əmiraslanovla  görüşüb.

 Akademik Ə.Əmiraslanov qonağı salamlayaraq, ona Azərbaycan Tibb Universiteti haqda ətraflı məlumat verib. Rektor Əlcəzair universitetləri ilə ATU arasında elm və təhsil sahələrində əlaqələrin qurulmasında maraqlı olduqlarını söyləyib.

 Əlcəzair Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə yeni təyin olunan cənab  Mouloud Hamain ilk səfərini Tibb Universitetinə etdiyini deyib. Azərbaycan geniş əraziyə malik olmasa da, bu torpağın bəşəriyyətə bir çox dahi insan bəxş etdiyini söyləyən cənab səfir, akademik Ə.Əmiraslanovla şəxsi tanışlığından qurur duyduğunu söyləyib. Azərbaycanda bütün sahələrdə, o cümlədən tibb sahəsində gedən inkişafdan məmnunluğunu bildirən  səfir, iki dost ölkə arasında elm, təhsil və tibb sahəsindəki əlaqələrin daha da genişləndirilməsini, müxtəlif təhsil və elm müəssisələri arasında ikitərəfli əməkdaşlığın qurulmasının prioritet sahə olduğunu vurğulayıb.  O, yaxın gələcəkdə ATU və Əlcəzair universitetləri arasında əlaqələrin qurulacağına dəstək olacağını söyləyib.

Öz növbəsində, akademik Ə.Əmiraslanov da dost ölkənin təhsil və müalicə müəssisələri ilə elmi, təcrübi və pedaqoji əməkdaşlığa hazır olduqlarını bildirib.

xural.com

ehliman1

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button