Əli Həsənov Əlimərdan bəy Topçubaşovun ruhunu incitdi!

Replika…

Mətbuatdan xəbəri olmayan “Kaspi” qəzeti Hacı Zeynalabidin Tağıyevin təsisçisi olduğu “Kaspi” qəzetinin tarixini oğurlamaq istəyir…

Əli Həsənova məxsus olan Beynəlxalq Mətbuat Mərkəzində Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın rəhbərlik etdiyi “Kaspi” qəzetinin bir tədbiri keçirilib. Tədbirdə həm də Nəsiman Yaqubun  (keçmişi və indisi müsavatçı olan Nəsiman Yaqubun “Ali Media Mükafatı” ilə mükafatlandırıldığının sirri indi aydın olur) ““Kaspi” qəzetinin yaranması və fəaliyyəti” haqqında yazdığı kitab təqdim olunub. Taleyin ironiyasıdır ki, Əli Həsənov tarixi “Kaspi” qəzetinin mirasını mənimsəmək istəyir və bu yolda milliyyətçi kimi tanıdığımız (Əbülfəz Elçibəy deyirdi ki, tankın qarşısında duranlar pulun qarşısında dayana bilmədilər – Red.) tədqiqatçıların monoqrafiyalarından istifadə edir.

Tarixi “Kaspi” qəzetinin əsas məqsədi Azərbaycan xalqını maarifləndirmək və ona xidmət etmək olub. Qəzetin sahibi məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabidin Tağıyev, baş redaktoru isə Əlimərdan bəy Topçubaşov olub. İndi bu boyda tarixi bizim Əli Həsənov mənimsəmək istəyir…

Gorun çatlasın, Hacı Zeynalabidin Tağıyev!

Gorun çatlasın, Əlimərdan bəy Topçubaşov!

Sən xalqını seve-sevə, ona yana-yana qəzet çıxar, 90 ildən sonra bir mətbuat düşməni bu irsi mənimsəməyə çalışsın!..

Gəlsin, tarixin ruhu alışıb yanmasın!..

 

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il


 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button