Əli Həsənov Firudin Cəlilov və Eldar Namazov haqda MTN-ə müraciət edir

13.05.2011

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov barəsində son günlər bəzi mətbuat orqanlarında yayılan Qərbi Azərbaycan köçkünlərinin şəxsi mülkiyyəti haqqında sənədləri yandırması kimi iddialara aydınlıq gətirib. “Qafqazinfo”nun məlumatına görə, Ə. Həsənov bildirib ki, Azərbaycan Xalq Cəbhəsi dövründə nazir işləmiş Firudin Cəlilov və Prezident Aparatında müxtəlif vəzifələrdə çalışmış Eldar Namazov müsahibələrinin birində bildiriblər ki, o, Ermənistandan Azərbaycana qaçqın kimi gələn vətəndaşların şəxsi mülkiyyət sənədlərini yandırıb: “Özlərini qəhrəman kimi göstərən həmin insanlara bildirmək istəyirəm ki, mən həmin qaçqınların sənədlərini kitab halında çap etdirib, tarixə verdim, arxiv yaratdım. Bəs siz nə etmisiniz? Həmin insanlar illərlə yataqxanalarda çürüdükləri halda, heç bir tədbir görmədiniz. Amma mən onların mənzillə təmin olunması üçün əlimdən gələni etmişəm. O siz, bu da mən. Bunların dərdi sənədlərin yandırılmasında deyil. Onların yalnız bir məqsədləri var ki, Qərbi Azərbaycanlıları qızışdırıb, dövlətə qarşı çıxarmaq. Odur ki, mən də bu ehtimalı əsas tutaraq, iftira dolu çıxışlarına görə həmin şəxslər və məlumatı dəqiqləşdirmədən yayan mətbuat orqanları barəsində MTN-ə və DİN-ə müraciət hazırlayıram. Həmin qurumlar özləri bunu araşdırıb, həmin şəxslər barəsində qərar versinlər”. Ə. Həsənov E. Namazovu saman altından su yeridən insan kimi təqdim edərək, bu şəxslərin əməllərinin cinayət xarakterli olduğunu qeyd edib.

Əlaqəli məqalələr

1 şərh

  1. Atamın 100 yaşı tamam oldu.1910-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub 1988-ci ildə isə ailəsi ilə birlikdə doğulduğu Basarkeçər rayonunun Nərimanlı kəndindən sözün həqiqi mənasında bu günki, günə qədər didərgin düşüb və bu həyatı yaşayır. Əvvəlcə,Bakıda yaşayan erməni ilə ev dəyişmə münasibətində olduq.Erməni bizi öz evində yerləşdirib, bizim ona verdiyimiz vəkalətnamə əsasında sənədləşməni sona çatdırmaq məqsədi ilə Ermənistana getdi.Bizə çatası sənədləri isə bir neçə ay gecikdirdikdən sonra göndərdi.Həmin vaxtlar Azərbaycanın başında Ayaz Mütəllibov,Bakı şəhərinin başında isə Rüfət Ağayev dururdu.Bizi məcburən məskunlaşdığımız Yasamal rayonu Şərifzadə küçəsində yerləşən faktiki evimizdən Cəbrayıl rayonuna sürdülər.Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən tutulduqdan sonra Bakı şəhərində yaşayan qohumlarımın yanına qayıtdıq.Çünki, erməni ilə dəyişmək istədiyimiz ev isə Yasamal rayon Mənzil İstismarı İdarəsi tərəfindən satılmışdı.Qısaca olaraq,müxtəlif məhkəmə instansiyalarında məsələni udsaq da,evsiz qaldıq.Bütün qaçqın və köçkünlərin ümid yeri olan Dövlətqacqınkoma müraciət etdik. Mərhum Liderimiz H.Əliyevin 80 illiyi münasibətilə Mehdiabad 2 saylı sovxoz ərazisində qaçqınlar üçün tikilmiş evlərdən mənim ailəmə də pay düşəcəyini vəd etdilər və Dövlətqaçqınkomun sədri Əli Həsənovla bir qrup qaçqınların görüşünü təşkil etdilər.Və biz də öz minnətdarlığımızı bildirərək 80 illik yubiley tədbirlərində ev alanlar kimi iştirak etmək,söz demək üçün hazırlaşmağa başladıq. Və az bir zaman keçdi li, məni nə yubiley tədbirinə dəvət etdilər, nə də ev verdilər.O vaxtdan bu vaxta qədər mən o uşağımın, bu uşağımım, yeznənin və digərlərinin evində 3 gün, 5 gün yaşaya-yaşaya qalmışam.Ömrü boyu namuslu həyat sürmüşəm,zəhmət çəkmişəm. 100 yaşı keçirmişəm. Dövlətimizin biz qaçqınlar üçün yaratmış olduğu Dövlətqaçqınkom tərəfindən adi bir otkrıtka ulə də təbrik olunmamışam. Hörmətli Əli Həsənov, bir qaçqın kimi mənim də haqqım var ki, cənab Prezidentimizin qaçqınlara olan qayğısından bəhərlənim. Bəzən,eşidirəm ki,bütün qaçqınlar evlə təmin olunublar.Hanı? Mən,Hacıyev Əmir Nəbi oğluna dövlətimizin ayırdığı imtiyazlardan niyə müzaiqə edirsiniz? Vaxtı ilə Zori Balayan deyirdi ki, Bərdə də yaşayan bir erməni ailəsindən 3 gündür ki, əlaqəmiz yoxdur.23 ildir ki,əlimdə Sovet pasportu,Ermənistan qeydiyyatı bütün ümidlərini itirmiş və yeganə ümid yeri kimi Prezidentimizə dualar edə-edə Dövlətqaçqınkoma sığınıram.Əlaqə tel:0503783804

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button