Əli Həsənov şok ANS planı – Böyük Sevadan sensasiya

Son hadisələrdən təəccüblənməyən 10-15 nəfərdən biriyəm. Çünki hərəkətlərindən, gördüyü işlərdən qəti bilinirdi ki, adam dövlətinin əleyhinə işləyir. Qılıncının dalının da, qabağının da kəsdiyi dövrdə – 2015-ci ildə Azərbaycanın demək olar ki, bütün mediasını əlinə alan və yeni üzdəniraq “qavroş”lar yaradan “qüdrətli” Əli Həsənov ANS-i də “almaq” istəyirdi. Bu prinsipial məsələ idi. Axı ANS-in Azərbaycanda və onun xaricində nüfuzu çox böyük idi.

Kult.az xəbər verir ki, bu fikirləri fəaliyyəti 2016-cı ildə dayandırlan ANS televiziyasının rəhbərliyində təmsil olunmuş Sevda Həsənova Prezident Admininistrasiyasının sabiq şöbə müdiri Əli Həsənov barəsində yazıb.

Sevda Həsənovanın sözlərinə görə, Əli Həsənov istəyirdi ki, ANS-in sahibi Vahid Mustafayevin təsisçisi olduğu bütün nüfuzlu media şirkətlərini onun nəzarətindən çıxsın və bütünlükdə öz nəzarətinə keçsin:

“İstəyirdi ki, nəzarəti tam olaraq sahibinin əlində olan, dövlətçiliyi, müstəqilliyi dəstəkləyən Vahid Mustafayevin əlindən ANS-i alıb özü işlətməklə bir sıra ona sadiq və ya onunla əlbir olan dəstə ilə Azərbaycanda hakimiyyəti ələ keçirsin. Ölkədə və xaricdə dədə malı kimi payladığı külli miqdarda pulun həcmini artırıb, dövlətçilik əleyhinə işləyən əhatəsinin dairəsini bir az da genişləndirsin. Bu məkrli planlarını həyata keçirmək üçün hətta ANS-də işləyən bir sıra vəzifəli şəxsləri də ələ almaqla ölkə mediasını tam nəzarətə almaq istəyirdi. Artıq demək olar, bütün media Əli Həsənovun əlində idi – təkcə ANS-dən başqa… Və burda onların Plan A əməliyyatı iflasa uğradı. Nə etməli, daim Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin keşiyində dayanan ANS və ANS-çilərsiz çevriliş etmək mümkün deyildi. Burda Plan B işə salındı!

İllər boyu Vahid Mustafayevi “sındırmaq” istədi, bu alınmayanda şər-böhtan metoduna əl atıldı.

2016-cı il iyunun 18-də guya ANS-i Fətullah Gülənlə müsahibəyə görə bağladılar… Birincisi, müsahibə almaq hər bir media mənsubunun vəzifəsidir, ikincisi bu adam ümumiyyətlə, Azərbaycanda terrorçu elan olunmamışdı… Fəaliyyətinin əvvəlindən ANS Levon Ter-Petrosyan, Cövhər Dudayev, Əhmədşah Məsud, Hikmətyar və o vaxtlar terrorçü hesab edilən əfqan generalı Rəşid Dustum, Şamil Basayev və digərlərindən müsahibələr almışdı.

Qayıdaq məhz Fətulla Gülən müsahibəsinə. Halbuki, səhər saat 09:30-dan əlimizdə olan və hər saat başı 15 dəqiqəlik “Xəbərçi” proqramı yayımlayan ANS o günlər üçün çox vacib və eksklüziv müsahibəni asanlıqla yayımlaya bilərdi. Niyə 9 saat ərzində bunu etmədi? Özü də müsahibədə söhbət yalnız həmin çəkiliş zamanı Fətullah Gulənin masasının üstündə olan “Darbə” kitabı ilə bağlı maraqlı hissədən gedirmiş. Baxmayaraq ki, ölkənin xəbər siyasətini cızan (ANS-dən başqa) Əli Həsənovun Vahid Mustafayevlə telefon söhbətində “versəniz də, soruşsalar, mənim adım olmasın” kimi təhrikedici ifadələr işlətməsinə baxmayaraq, ANS bu müsahibəni yayımlamadı. Əli Həsənov və dəstəsi nə etdi? Əlinin altında olan media mənsublarına əmr etdi ki, ANS-in adından müsahibənin anonsunu versinlər və ANS-in məhvini nəzərdə tutan Plan B-ni həyata keçirtdi. Çox təəssüf olsun ki, belə arvadsayağı söz-söhbətlə, “üçqəpiklik qutab” rolunu oynayan Həsənovun ələ keçirdiyi əlaltılarının sübutsuz şayiələri və böhtanları əsasında ANS boyda media qurumunun yayım lisenziyası ləğv edildi”.

S.Həsənova deyib ki, Əli Həsənovun ANS-lə bağlı fəaliyyətini yoxlamaq indi də gec deyil:

“Ən azı telefon danışıqları, yaxud yazısını araşdırmaq olar – məsələn, Azəzsell vasitəsilə 18 iyul 2016-ci ildə Vahid Mustafayevlə Əli Həsənov arasında olan telefon danışığını – götürün və qulaq asın!

İndi anladınız niyə ANS-in üstünə şər atıb bağlatdırdı bu adam?!

O məsələni sizə bir də söyləyirəm: adam boyundan daha böyük vəzifə qapmaq üçün əhatə dairəsini genişləndirmək istəyirdi; bunun üçün ona ANS kimi böyük, nüfuzlu media şirkətini ələ keçirmək lazım idi. Şirkətin sahibi Vahid Mustafayev və ailəsi Azərbaycanda tanınmış nəslin nümayəndəsidir, əmisi Çingiz Mustafayev ötən əsrin 40-cı illərində, 20 yaşında Azərbaycanın müstəqilliyi uğrunda şəhid olub, əmisinin adını daşıyan Çingiz Mustafayev ondan cəmi 49 il sonra 32 yaşında, Azərbaycanın müstəqilliyi və ərazi bötüvlüyü uğrunda həlak oldu! Ailənin o biri övladları – Vahid və Seyfulla Mustafayevlər keçmiş SSRİ-də ilk müstəqil televiziya – ANS-i yaratdılar! Bu kişilərin heç bir qəbahəti olmayıb, ANS-in də heç bir qəbahəti olmayıb, ola bilməz də! Çünki onlar özləri də bu dövlətin müstəqillik qazanmasında birbaşa iştirak ediblər, yaratdıqları media şirkətləri də həmçinin.

Əli Həsənovun birbaşa xidmətləri nəticəsində Azərbaycanın əleyhinə iş aparılması, ölkəmizin pis imicinin yaranması üçün məhz xalqımızın qan-qada ilə qazandığı pullar illər boyu xaricə axıb. Öz pulumuzla özümüzü söydürmüşük, özümüzə nifrət yaratmışıq, daha doğrusu söydürüb, nifrət qazandırıb… O gün məlumatlardan birində oxuyuram ki, Nərimanov İH-nin başçısı hər ay Əli Həsənova cari xərclərə 100 000 avro göndərirmiş. Həmin vəsaitin 20 000 avrosu Belçikada yaşayan müxaliflərə (hər ailəyə 1000 avro), 30 000 avro – Hollandiyaya, 30 000 avro Fransaya və 20 000 dollar isə ABŞ-a göndərilirmiş… Bu vəsait Azərbaycanın tərəqqisinə yönəldilə bilərdi, xaricdə ölkəmizin adının şərəflə çəkilməsi üçün xərclənə bilərdi… Yadımdadır, işlədiyi dövrdə ANS Ermənistan, Rusiya, Avropa və s. ölkələrdən gələn təxribatlara qarşı sipər kimi dayanmışdı; hər hücumu dəf etmək iqtidarında idik… Nə daxildə, nə də mühacirətdə hər hansı təhqir-söyüş jurnalistikası baş qaldırırdı. Əhali ANS-dən aldığı məlumatlarla qane olur və özünə digər mənbə axtarmırdı.

Məhz buna görə diqqəti başqa istiqamətə yönəldərək respublikada vəziyyəti gərginləşdirmək üçün yayımımızı dayandırdılar, səsimizi kəsdilər, çünki bu adam yuxarılara can atırdı, biz isə onun bütün hərəkətlərini görürdük… Bilirdi…

Bax və gör özünü kənardan – sən, Əli Həsənov, dövlətçiliyimizin keşiyində duran ANS Şirkətlər Qrupunun yayım lisenziyalarını almaq, şirkətləri müflisləşdirmək, Vahid Mustafayevi və hətta onun 7 yaşlı qızını prokurorluğa çağırmaq, evininin üstünə traktor sürdürüb əmlakını dağıtmaq və min cür digər təzyiq etməklə onu sındıra bilmədin və mesaj yollayaraq, müstəqilliyi və ərazi bütövlüyü uğrunda vuruşduğu dogma Azərbaycanından xaricə qaçırtdıra bilmədin! Amma özün “dogma Azərbaycan”ını qoyub qaçdın… Niyə? Çünki Vahid Mustafayev və həqiqi ANS-çilər Vətən qarşısında saf və təmizdirlər – sən isə yox!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button