Əli Həsənovun iki nəfəri öldürən nəvəsi niyə hərbi xidmətə getməyib?

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin mühakiməsi başlayıb. 1988-ci il təvəllüdlü Nail Allahverdiyev idarə etdiyi “Gelandewagen”lə iki nəfərin – maşında yanında olan Mehdi Əliyev və yolu keçən piyada Vaqif Əsədovun ölümü, həmçinin daha dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilir.
Bu gün məhkəmənin hazırlıq iclasında Nail Allahverdiyev haqqında məlumatlar dəqiqləşdiriləndə üzə çıxıb ki, o, ali təhsilli, ailəlidir. Amma hərbi xidmətdə olmayıb, heç yerdə də işləmir.
Qəzada xəsarət alanlardan ikisi Türkiyə vətəndaşları olub – Mutallib Tekiş və həyat yoldaşı Songül Tekiş. Onlar məhkəməyə gəlməyib.
Nail Allahverdiyevin məhkəməsi dekabrın 1-də davam edəcək.
3 avqust 2017-ci ildə axşam saat 21 radələrində Heydər Əliyev prospektində “Mercedes-Gelandewagen” markalı avtomobil üç piyadanı vurub, ardınca taksi fəaliyyəti ilə məşğul olan başqa bir maşına çırpılıb, sonra da dəmir maneəni aşıb qarşı yola çıxaraq yanıb. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, qəzanı törədən “Gelandewagen”in sükanı arxasında 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olduğu müəyyənləşdirilib.
Nail Allahverdiyevin Əli Həsənovun nəvəsi olmaqla yanaşı, həm də Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevin kürəkəni olduğu bildirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button