Əli Həsənovun nəvəsi orduda xidmət edib

Baş nazirin müavini Əli Həsənvun nəvəsi Nail Allahverdiyevin müddətli hərbi xidmətdə olmaması barədə məlumat həqiqəti əks etdirmir.

Xural.com Virtualaz.org-a istinadən billdirir ki, bununla bağlı informasiya məhkəmənin gedişində Nail Allahverdiyevin anket məlumatları dəqiqləşdirilərkən səhv olaraq işlənib.

Bildirildiyinə görə, N.Allahverdiyev DTX-nin həbi hissəsində xidmətdə olub və 1 il bundan əvvəl tərxis edilib. Bu barədə xəbəri DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsində də təsdiqləyiblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button