Əli İnsanov qardaşının yasına buraxılıb, o isə imtina edib

Əli İnsanov qardaşının yasına buraxılıb, o isə imtina edib

 
“Sabiq səhiyyə naziri Əli İnsanovun qardaşı Məhəmməd İnsanovun yas mərasimində iştirakına icazə verilməməsi barədəki informasiyalar həqiqəti əks etdirmir”.
Bu barədə virtualaz.org saytına Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Penitensiar Xidmətdən verilən məlumata görə, Əli İnsanovun müvafiq xahişi yerinə yetirilib və ona qardaşının yas mərasimində iştirak etməyə icazə verilib: “Məhkumun cəza çəkdiyi 13 saylı müəssisənin rəisi onu bu haqda məlumatlandırıb. Lakin Əli İnsanov “mən fikrimi dəyişdim, yasda iştirak etmək istəmirəm” deyərək bundan özü imtina edib”.
Penitensiar Xidmət sabiq nazirin vəkilinin mətbuata açıqlamasında səsləndirdiyi fikirləri qəti şəkildə təkzib edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button