Əli Kərimli ilə Eynulla Fətullayev əməkdaşlıq edəcəklər

Partiya sədri ilə jrnalist 4 saatlıq görüşdə nədən danışdılar?

AXCP sədri Əli Kərimli ilə bir müddət əvvəl həbsdən çıxmış jurnalist Eynulla Fətullayev arasında gizli görüş keçirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, görüşdə hər iki tərəf təşəbbüs göstərib. Tərəflər yaxın gələcəkdə atacaqları addımlarla bağlı müzakirələr aparıblar. Məlumatlı mənbənin sözlərinə görə, görüş 4 saata qədər davam edib. Əsasən, 2013-cü il prezident seçkilərinə diqqət çəkən Ə.Kərimli və E.Fətullayev həmin proseslə bağlı strateji əməkdaşlıq etməyin vacib olduğu qərarına gəliblər. Tərəflər razılığa gəliblər ki, E.Fətullayevin yeni yaratdığı “İnsan Haqları Uğrunda” İctimai Hərəkatla AXCP əməkdaşlıq etsin. Bununla bağlı hətta bəzi planların və qərarların qəbul olunduğu da qeyd edilir. Tərəflər bir sıra digər məsələlərlə bağlı da qərarlar qəbul ediblər və onlar da yaxın günlərdə mətbuata açıqlanacaq.
Onu da qeyd edək ki, tərəflər bu görüşün gizli saxlanması barədə də razılaşma əldə ediblər.

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button