Əli Kərimlinin müavini Daxili İşlər Nazirliyində dindirildi

“Üzləşdiyim işgəncə faktı və polis zorakılığı ilə bağlı Daxili İşlər Nazirliyinin daxili tədqiqat şöbəsinə məlumat verdim”

Bunu bu gün DİN-ə çağırılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı “Qafqazinfo”ya açıqlamasında deyib. Ombudsman nümayəndəsinin daxili işlər nazirinə ünvanladığı məktubla əlaqədar olaraq çağırılan sədr müavini deyib ki, nazirlik nümayəndəsi aksiya zamanı polisin zorakılıq tətbiq etməsinin normal olduğunu bildirib: “Mən isə bildirdim ki, bu sizə görə normal ola bilər, lakin qanuna ziddir. Məndən daha sonra zor tətbiq edən polislərin kimliyini soruşdular, mən isə yalnız birini tanığımı bildirdim”. Daxili tədqiqat şöbəsi bu barədə tədqiqat aparılacağını bildirib. Gözəl Bayramlı isə tövsiyə edib ki, tədqiqat zamanı mətbuatda dərc olunan şəkillərdən də istifadə edilsin.

Fatimə Kərimli

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button