Əli Kərimlinin qaynına qarşı qərəz davam edir FOTO VİDEO

Bu gün Bakı Apellyasiya məhkəməsində Texnika Bankın Yasamal fialalının sədr müavini işləmiş Elnur Seyidovun məhkəmə prosesi keçirilib. Hakim Rizvan Səfərovun sədrliyi ilə keçən prosesdə  Qaradağ rayon  məhkəməsinin Elnur Seyidovun məntəqə tipli cəzaçəkmə  müəssisəsinə köçürülməsinin təmin edilməməsi qərarı qüvvədə saxlanılıb.

Vəkil Fəxrəddin Mehdiyev bildirib: “Elnur Seyidovun ümumi cəzasının üçdə iki hissəsi yanvar ayında bitib. Qanunvericiliyə əsasən belə şəxslər məntəqə tipli müəssisələrə köçürülməlidir. Lakin Qaradağ rayon məhkəməsi Elnur Seyidov barədə Cəzaçəkmə  müəssisəsinin rəyini əsas götürərək ərizəni təmin etməmişdi. Məhkəmə  həmin rəydə məhkumun hansı tələbləri yerinə yetirməməsi isə göstərilməyib”. 

Fəxrəddin Mehdiyev  məhkəmədən sonra Elnur Seyidova qarşı qərəzli mövqeyi detalları ilə media nümayəndələrinin diqqətinə çatdırıb.

Xatırladaq ki, Elnur Seyidov keçmiş  MTN-nin Texnika Bank əməliyyatına görə həbs olunub. Barəsində 7 il 3 ay həbs qərarı verilib. Sonradan həbs olunan 25 nəfərdən 24-ü həbsdən azad olunsa da Elnur Seyidov  AXCP sədri  Əli Kərimlinin qaynı olduğuna görə hələ də həbsdə saxlanılır.

Azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button