Əliağa Hüseynovun ən yaxın qohumları hədəfdə

 Salyan, Yasamal və Tərtər rayon hərbi komissarlıqlarında yoxlamalara başlanılır

 Son dövrlər antikorrupsiya tədbirləri çərçivəsində bir neçə hərbi komissar və ya hərbi komissarlıq işçisi həbs olunub. Bunların bir çoxunun sabiq baş hərbi komissar, hazırda deputat olan Əliağa Hüseynova görə həbs edildikləri iddia edilir.

«7GUN» informasiya saytına daxil olan məlumatlara görə, hal-hazırda Əliağa Hüseynovun üç yaxın qohumu hədəfdədir. Məlumatda deyilir ki, onlardan biri Yasamal rayon hərbi komissarı, deputatın qardaşı oğlu Namiq Hüseynovdur. İddialara görə, bu şəxslə bağlı xeyli sayda şikayət Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olub və onların araşdırılması ilə bağlı hazırlıq gedir.

Hədəfdə olan ikinci şəxs isə Əliağa Hüseynovun bibisi nəvəsi, hazırda Salyan rayon hərbi komissarıdır. Bildirirlir ki, komissarlıqda ciddi korrupsiya və maxinasiya hallarına yol verilib. Mənbənin verdiyi digər bir məlumata görə, artıq Tərtər rayon Hərbi Komissarlığında da yoxlamalar gündəmə gəlib. Komissarlıqda aparılacaq yoxlamaların hansısa plan əsasında gerçəkləşdiyi də istisna edilmir. Bildirilir ki, rayon hərbi komissarı Rza Rüstəmov 15 ildir bu sistemdə çalışır. Onun da hədəfə alınması korrupsiya faktları ilə bağlı daxil olan şikayətlərdir. Mənbə bildirir ki, əslində deputatın qohumlarını hədəfə almaqda maraqlı olan qüvvələr bununla da Ə.Hüseynovun komissarlıq sistemindəki nüfuzunu azaltmaq və biznesinə çökmək istəyirlər.

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

 

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button