Əliyev-Putin-Paşinyan görüşünün keçiriləcəyi təsdiq edilir

8-9 noyabr tarixlərində bəyanatlar imzalanacaq

Rusiya, Ermənistan və Azərbaycan liderləri Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin üçtərəfli görüşü noyabrın ilk ongünlüyündə Moskvada keçirilə bilər. Danışıqların yekunlarına görə üçtərəfli bəyanat imzalanacağı gözlənilir, xəbəri RİA Novosti məlumatlı mənbələrə istinadla məlumat yayıb.

“Bəli, belə bir görüşün keçiriləcəyi gözlənilir. Təxminən 8-9 noyabr tarixlərində, Moskvada”, deyə agentliyin mənbəyi bildirib.

Onun sözlərinə görə, görüşdə üçtərəfli bəyanatların imzalanacağı gözlənilir.

“Sənəd Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə aid olacaq. Bu, mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə bu problemin həllinin axtarışı üçün “yol xəritəsini” müəyyən edəcəklər. Həmçinin, regionda nəqliyyat kommunikasiyalarının açılması haqqında bəyanat qəbul ediləcəyi gözlənilir. Bu bənd hələ ötən ilin noyabrında üç ölkə liderinin qəbul etdiyi bəyanatda qeyd edilmişdi”, deyə RİA Novosti-nin mənbəyi qeyd edib

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button