Əliyev və Lukaşenko şam yeməyi vaxtı vacib danışıqlar aparırlar
İnformasiyanı Belarus mətbuatı yayıb...
Azərbaycan və Belarus prezidentlərinin ilk görüşü qeyri-formal şam yeməyi formatında təşkil olunub.
Virtualaz.org bildirir ki, məlumatı Belarus dövləti başçısının Mətbuat xidmətinə istinadən BELTA yayıb.
Agentliyin qənaətinə görə, təcrübə göstərir ki, bəzən bu cür danışıqlar vaxtı rəsmi iclaslarda olduğundan daha çox məsələni həll etmək olur.
“Qeyri-formal şəraitdə dövlət başçıları Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər”,-deyə dövlət başçısının Mətbuat xidmətindən daha əvvəl verilən məlumatda bildirilib.
Məlumata görə, danışıqların rəsmi hissəsi çərşənbə gününə nəzərdə tutulub.