Əlizamin Salayev aclıq elan edib

Xalq Cəbhəsi Partiyasının fəalı Əlizamin Salayev, avqustun 4-də 17 saylı koloniyada aclıq elan edib. Bununla  ona tibbi yardım göstərilməməsinə etiraz edib.

Bu barədə Turan-a, onun oğlu Oqtay Salayev məlumat verib. Onun sözlərinə görə, fəalın ürək çatışmazlığı var və qaraciyəri genişlənib. “Onu nəinki xəstəxanaya, hətta koloniyanın sanitar hissəsinə köçürmürlər ” deyə Oqtay Salayev deyib.

Əlizamin Salayevin vəkili Elçin Sadıqov deyib ki, Salayevin səhhətilə bağlı problemlərdən xəbərdar olsa da, hələlik onunla görüşə bilmir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsində Turan-ın müxbirinə bildiriblər ki, Əlizamin Salayevin aclıq etməsi barədə yazılı müraciət daxil olmayıb. Sitat: “Əgər onun səhhətində problemlər yaranıbsa, müəssisədə həkim var və onlar məşğul olacaqlar”.

Xatırladaq ki, Əlizamin Salayev, 20 aprel 2020-ci ildə Salyan Rayon Məhkəməsi tərəfindən mühakimə olunub və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, yerli polis şöbəsinin zabitinin şikayəti əsasında “böhtan” və “təhqir”də ittiham olunub. İddiaya Salayevin İnternetdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbətində onu 21 yaşlı yerli sakini birgə yaşamağa təhrik etməkdə günahlandırıb.

Salayev, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button