Əlövsət Əliyevin barəsində həbs qərarı – oğlu danışdı

Almaniyada fəaliyyət göstərən “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu barədə Modern.az-a Ə.Əliyevin oğlu Türkel Rüstəmxanlı bildirib.

O, qeyd edib ki, atasının hüquqlarını iki vəkil müdafiə edir:

“Onlardan biri dövlət tərəfindən tutulub, digəri isə atamın tanıdığı hüquqşünas Erich Althammerdir. Bu gün axşam saatlarında vəkil yenidən atamla görüşəcək”.

T.Rüstəmxanlının sözlərinə görə, vəkillə ilk görüşündə saxlanma məntəqəsində olan Əlövsət Əliyev qanunazidd əməl törətmədiyini deyib:

“Atam çərşənbə günü Berlinə gedərkən saxlanılıb. Onun saxlanma səbəbi və ona qarşı ittihamlar barədə isə məlumat yoxdur. Hazırda onun barəsində həbs-qətimkan tədbiri seçilib. Amma irəli sürülən ittiham aktı bizə məlum deyil. Prokurorluq ittiham aktını yaymayıb. Bütün araşdırmalara ittiham aktı ilə tanış olduqdan sonra başlanacaq. Biz ttiham aktı ilə tanış olmadan heç bir söz deyə bilmərik. Çünki ona qarşı hansı ittihamlar irəli sürüldüyünü bilmirik. İki gün sonra ittiham aktı ilə tanış olduqdan sonra mətbuata geniş açıqlama veriləcək. Bizdə olan məlumatda yalnız göstərilib ki, Əlövsət Əliyev saxlanılsın və iş yerində araşdırma aparılsın. Hələlik başqa bir şey yoxdur”.

Sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında qardaşı Əlövsət Əliyevlə bağlı son məlumatları vəkildən gözlədiklərini açıqlayıb:

“Vəkili bu gün Əlövsətlə görüşməlidir. Görüşdən sonra yəqin ki, bəzi məqamlar aydınlaşacaq”.

Qeyd edək ki, Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb. Onların arasında azərbaycanlı Əlövsət Əliyev də var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button