Əməkdar artistdən Qarabağ harayı: “Rusiyadan qorxuram…”

ağalar bayramov

Əməkdar artist Ağalar Bayramov

Məkr – zahiri xeyirxahlığın arxasında gizlənərək, bəd, hiyləgər fikirlərə meylli insanların xüsusiyyəti, onların xarakter cizgiləridir. Heyvanlarda bu xüsusiyyət yalnız ilanlardadır.
…Rusiyanin Xarici İşlər naziri Lavrov Bakıya və İrəvana gəlir…
Baxmayaraq ki, indi dünya birliyi bizim haqq işimizi dəstəkləyir, amma göz gördüyündən qorxar, bizə bu dəhşəti yaşadan, bu faciəni törədən, sözü ilə əməli arasinda uçurum olan, arxadan zərbə vurmağa adətkarda olan Rusiyadan yenə də qorxuram…
Qorxuram, 24 ildə olduğu kimi yenə də gedib Sarkisyani öyrətsin ki, sən elə şərt irəli sür ki, Azərbaycan ona razılaşmasın… Və Rusiya da bizə və dünya birliyinə desin: “Tərəflər razılaşmır, biz əlimizdən gələni edirik…” Biz, bizə 1988-ci ildə bu faciəni yaratmış, erməninin əli ilə torpaqlarımızı işğal etmiş, 30 mindən çox soydaşımızı qətlə yetirmiş Rusiyadan sülh istəməyə məhkum olmuşuq, başqa çarəmiz yox… Kremlin qarnının ağrısı hamımıza məlumdur – Azərbaycanda “sülhməramlı” adı altında (sülhə bax ey…) baza yerləşdirib Qafqazı təsir altında saxlamaq, NATO-nu buraya buraxmamaq… Oyun bu armudun başındadır…
Bizim dövlət, Rusiyaya bildiyimiz və bilmədiyimiz çox güzəştlər edib, əlaqələr inkişaf edib, Rusiyanı müdafiə edib və s. Amma heç cür inana bilmərəm ki, ölkəmizin Ali Baş Komandanı cənab Prezident, hörmətli İlham Əliyev Rusiyanın bu arzusuna müsbət cavab versin. İnanmaq belə istəmirəm. Ona inanıram ki, ölkə başçımız Rusiyanın bu arzusunu ürəyində qoyacaq. Çünki xalqımız, dövlətimiz və ordumuzla bir yerdədir!
…Bəli, Lavrov gəlir. Gəlsin. Təki saflaşmış, durulmuş halda gəlsin. Təki xalqımıza 24 ildir yaşatdığı bu faciədən peşman olub gəlsin. Təki əlaltısı, əlində 100 illərdir maşa olmuş Ermənistanına daha “dur” desin, Şəhidlər Xiyabanını da ziyarət edəndə səmimi olsun, səmimiyyəti oynamasın, gec də olsa, bu xalqda özünə rəğbət qazandıra bilsin, Bakıda bir ailə kimi yaşayan ruslara, rus məktəblərinə, kilsələrə baxıb utanıb galsın…
Dostlar, mən demirəm ki, mən dediklərim aksiomadır, xeyr, sadəcə olaraq xalqımız üçün bu həlledici anlarda düşüncələrimi, ürək çırpıntılarımı, təlaşımı sizlərlə bölüşmək istədim… Dərdi dərd bilənlə bölüşəndə insan yüngülləşir. Bircə onu bilirəm ki, Şuşa, Kəlbəcər, Ağdam, Fizuli, Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl, Xocalı, minlərlə kənd-kəsəyimiz üçün, eləcə də Kəlbəcərdən Göyçəyə boylanmaq üçün yaman darıxmışam. Yaman darıxmışam Dədə Ələsgərin, Dədə Şəmşirin, Sarı Aşığın, Sabir Süleymanovun, Səxavət Məmmədovun, Allahverdi Bağırovun, Əlyar Əliyevin, Mir Məhəmməd Ağanın məzarlari önündə baş əymək üçün!
Yaman darıxmışam, Qubadlıda – Xocahanda ruhu didərgin qalan oğlum Şəhriyarın qəbri üçün…

O günə qurban demişəm!

xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. UZUN İLLƏRİN BİRLİYİ, DOSLUĞU RUS İMRERİYASINA DEYƏRDİM ÇOX ŞEY UDUZUB BUNDAN ARTIĞINI EUS MƏDƏNİYYƏTİNDƏN QAZANIB itirdiyimiz xeyli torpaqlarımız imperiya girdabında ac-susuz, müharibələrdə, bolşeviklər dövrü itgilərimiz. Qazancımız isə İranlı olmamağımızdır yoxsa böyük yazıçı və şairlərimiz dini əfsanələr bəstəkarlarımız isə məhərrəmlik günləri üçün nöhə yazardılar şiə müsəlman ağzından bunu eşitmək sizə qəribə gəlməsin din adlı alverçilərin sərgüzəştləri məni buna vadar üdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button