Ərazilər minalardan təmizlənməli, əhali həmin ərazilərdə yerləşdirilməlidir…

“Bu gün ən əsas məsələ Azərbaycan torpaqlarının minalardan təmizlənməsidir”.

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç AŞPA-nın yay sessiyası zamanı sualları cavablandırarkən bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının minalardan təmizlənməsi üçün mina xəritələrinin Azərbaycana verilməsi prioritet məsələdir: “Avropa Şurası Ermənistanın mina xəritələrini Azərbaycana verməsi və erməni əsirlərin qaytarılmasını alqışlayır. Münaqişə uzun müddət davam etdiyindən azad edilmiş ərazidə çoxlu sayda mina mövcuddur. Onlar aşkarlanmayanadək əhalinin geri qaytarılması mümkün olmayacaq. Ermənistan və Azərbaycanı bu işi davam etdirmək üçün dəstəkləməyə hazırıq”.

Mariya Peyçinoviç onu da deyib ki, “Avropa Şurası Azərbaycan və Ermənistan arasında baş verən hərbi münaqişədən sonra Bakıya və Yerevana işçi qrupu göndərib. Bu münaqişə ilə məşğul olmaq ATƏT-in Minsk qrupuna həvalə olunub və Avropa Şurası bu məsələdə Minsk qrupunu bundan sonra da dəstəkləyəcək. Avropa Şurası öz növbəsində münaqişədən sonrakı ərəfədə iki ölkə arasında inamın yaranması və gücləndirilməsi üçün əlindən gələni etməyə hazırdır”.

Xatırladaq ki, bir müddət əvvəl erməni mətbuatı xəritələrin Azərbaycana verilməməsilə bağlı Avropa Şurasının müvafiq qərar çıxarması ilə bağlı məlumat yaymışdılar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button